Şaban ayının son üç günü; Fəzilətlər, əməllər və tövsiyələr
Bütün günlər, vaxtlar, hər bir anlar Allah Təalaya məxsusdur. Diqqət edən insan üçün hər anın öz xeyir bərəkəti vardır.
Amma bəzi xüsusi vaxtlar da vardır ki rəbbimiz həmin xüsusi vaxtlarda xüsusi imtiyazlar qoymuşdur və həmin vaxtların ozünə məxsus əməl və göstərişləri vardır. Üzümüzə gələn mübarək Ramazan ayıda xüsusi vaxtlardan, xüsusi aylardandır ki özünə məxsus əməl və göstərişləri vardır. Bu aya ilahi ziyafət ayı deyilir. Yəni Allah Təalanın öz bəndələrinə misilsiz rəhmət və bərəkət nazil etdiyi ay. Yer üzünə bərəkətlə dolu Quranın nazil olması ayıdır. Oruc tutanların hörmətinə görə yer üzünə sonsuz ilahi rəhmətin nazil olan ayıdır. İlahi zıyafət yəni Allahın öz bəndələrinə sonsuz rəhmət və bərəkət "yağışını” yağdırmasıdır. Bəli xüsusi mərasimlərə xüsusi hazırlıqla gedərlər. Ramzan ayı əzəmət və fəzilətinə görə xass bir ilahi ziyafət olduğuna görə bu ayın demək olar ki hər gününün öz diqqət olunası işləri, duaları, xüsusi göstərişləri vardır. Ramazan ayına daxil olmağın belə ədəb ərkanı vardır. Hədis və rəvayətlərdə buyurulur Ramazan ayına qəlbinizi hazırlayın, gühahlarınızdan tövbə edin, biri birinizə diqqət edin. İmam Rza (ə) dan olan bir hədisdə buyurulur: "İlahi şəban ayının keçən günlərində bizi bağışlamamısansa, yerdə qalan günlərdə bağışla.” ( Vəsailuş-şiə, c-10, s-301) Xüsusəndə Şaban ayı və bu ayın son günlərini ramazan ayının orucu üçün hazırlıq mərhələsi kimi tövsiyyə olunub. İnasn Şaban ayının axır günlərini oruc tutaraq özünü Ramazan ayına həm cismi olaraq, həm də ruhi, psixoloji olaraq hazırlayır. İnsan özünü hazırlamaqla bərabər ilahi səvab və mükafatda əldə edir. İmam Sadiq (ə) buyurur: ”Hər kim Şəban ayının son üç gününü oruc tuta və onu Ramazan ayına birləşdirə, Allah Təala onun üçün hər iki ayın savabını yazar.” ( Mən la yəhduruhul fəqih. c-2, s-94 ) Yaxud Peygəmbər (s) buyurub: "Hər kim Şaban ayının son üç gününü oruc tutarsa durr və yaqutdan ibarət olan cənnətlərdə dərəcəsi yetmiş dəfə yüksəlar.” (Səvabul-əmal, s-62) Oxşar xəbərlər
|