Ramazan ayı orucunun qəsdən batil etməyin kəffarəsi
Mьəllif: admin1
Tarix: 27-05-2017, 22:50

 1) Hansı hallarda kəffarə vermək vacibdir.

Hər kim mübarək Ramazan ayında heç bir şəri üzrü olmadan qəsdən və ixtiyari olaraq orucu batil edən işlərdən birini yerinə yetirsə, həm orucu batil olur, həm də orucun qəzasından əlavə kəffarə də verməli-dir. İstər orucu batil edərkən kəffarə verməyin vacib olduğunu bilsin, istərsə də bilməsin, fərqi yoxdur

Diqqət:

---Əgər bir şəxs Ramazan ayında müəyyən bir üzrü olduğuna görə ehtimal versə ki, oruc ona vacib deyil və ehtimalı əsasında oruc tutmasa, lakin sonradan orucun ona vacib olduğu məlum olsa, orucun qəza-sından əlavə kəffarə də verməlidir. (Ramazan ayında orucun vacib olmadığını təkcə ehtimal verib orucu tərk etmək olmaz). Lakin əgər orucun zərəri olacağından qorxsa və bu qorxunun məntiqi bir əsası olsa, təkcə orucun qəzası vacib olur, kəffarəsi yoxdur.

---Hər kim şəri hökmü bilmədiyinə görə orucu batil edən bir iş görsə, məsələn, başı bütünlüklə suya salmağın orucu batil etdiyini bilməyib

bu işi görsə, orucu batildir və həmin günün qəzasını tutmalıdır. Lakin kəffarə vermək vacib olmur.

---Hər kim bir işin haram olduğunu bilsə, lakin orucu batil etdiyini bilməsə və onu yerinə yetirsə, orucun qəzasından əlavə vacib ehtiyata görə kəffarəsini də verməlidir.

---Əgər hansısa bir səbəbə görə orucu batil etmək bir nəfərə vacib və ya şəriətdə icazə verilsə, məsələn, onu orucu batil edən bir işi görməyə vadar etsələr, yaxud suda boğulan bir nəfəri xilas etmək üçün suya atılsa, bu halda təkcə orucun qəzası ona vacib olur və kəffarəsi yoxdur.

--- Əgər oruc tutan şəxsin mədəsindən və ya qida borusundan bir şey ağzına gəlsə, onu udmamalıdır. Əgər bilərəkdən onu udsa, orucun həm qəzasını tutmalı, həm də kəffarə verməlidir.

--- Əgər oruc tutan şəxs sözünə etibar etmədiyi bir nəfərdən məğrib namazının vaxtı olduğunu eşitsə və orucunu açsa, sonradan məğrib namazının vaxtı olmadığı məlum olsa, orucun həm qəzası, həm də kəffarəsi vardır.

4) Əgər Ramazan ayında oruc olan bir kişi öz zövcəsi ilə cinsi əlaqədə olsa və qadın da bu işə razı olsa, hər ikisi orucu qəsdən batil edən şəxs hökmündədirlər və orucun qəzasından əlavə kəffarə də onlara vacib olur.

2. Orucun kəffarəsi hansılardır?

1) Müqəddəs islam şəriəti baxımından Ramazan ayının orucunu qəs-dən batil etməyin kəffarəsi bu üç şeydən biridir:

1. Bir qul azad etmək;

2. 61 gün (iki ay) oruc tutmaq;

3. 61 yoxsula təam vermək.

Diqqət:

---İndiki zəmanədə qul və quldarlıq mövcud olımadığına görə, mükəlləf yerdə qalan iki kəffarədən birini verməlidir.

---Oruc tutan şəxs istər orucunu halal bir şeylə batil etsin, istərsə də haram bir şeylə, məsələn, zina etsin və ya haram bir şey yesin, kəffarənin miqdarı dəyişmir. Hərçənd ki, ehtiyati-müstəhəbə görə haram bir şeylə orucunu batil etsə, hər üç kəffarəni birgə verməlidir.

---Boynuna kəffarə gələn şəxs bu üç kəffarədəndən heç birini verə bilməsə, neçə yoxsulu yedizdirməyə imkanı çatırsa, onları yedizdirsin və vacib ehtiyata görə bağışlanma da diləsin. Əgər yoxsula təam əsla imkanı yoxdursa, təkcə bağışlanma diləsə kifayət edir. Yəni,qəlbən dilində "Əstəğfirullahə” desin.

---Əgər oruc tutmağa və yoxsula təam verməyə imkanı olmayan və şəri vəzifəsi bağışlanma diləmək olan bir şəxs sonralar oruc tutmaq və yoxsula yemək vermək imkanına malik olsa, bu işləri görməsi lazım deyildir. Hərçənd ki, bu işləri görmək ehtiyati-müstəhəbdir.

--- Ramazan ayı orucunun kəffarəsi olaraq iki ay oruc tutmaq istəyən şəxs, bir ay ardıcıl olaraq oruc tutmalı və ikinci aydan ən azı bir günü birinci ayın ardınca tutmalıdır. İkinci ayı isə (başqa sözlə desək, ikinci 31 günü) ardıcıl oruc tutmasa da olar.

--- 61 gün kəffarə orucu tutan qadın əgər bu ərəfədə heyz və ya nifas olsa, onlardan paklandıqdan sonra orucunu davam etdirməlidir və əvvəldən başlamaq lazım deyildir.

--- 61 yoxsula iki şəkildə təam vermək olar:

1. Yemək hazırlayıb onları doyuzdurmaq.

2. Hər birinə bir müdd (751 qram) buğda, arpa, çörək və ya bu qəbildən digər qida məhsulları vermək.

5) Kəffarə olaraq 61 yoxsula təam verən şəxs əgər 61 yoxsul insan tanıyırsa və təamı onlara çatdırmaq imkanı varsa, iki və ya daha artıq payı bir yoxsula verə bilməz. Hər bir yoxsula ona düşən pay qədər təam verməlidir. Əlbəttə ailə başçısına ailə üzvlərinin sayı qədər pay verə bilər və o da onu öz ailəsinə yedizdirə bilər.

Diqqət:

---Burada nəzərdə tutulan yoxsul həm uşaq, həm də böyük, həm qa-dın, həm də kişi ola bilər.

 3. Kəffarənin hökmləri

1) Əgər oruc tutan şəxs gün ərzində bir dəfədən artıq orucu batil edən bir iş yerinə yetirsə, yalnız bir kəffarə ona vacib olur. Əlbəttə əgər orucu batil edən həmin iş cinsi əlaqədə olmaq və ya istimna etmək olarsa, vacib ehtiyata görə onların sayı qədər kəffarə verməlidir.

2) Orucunu qəsdən batil edən şəxs əgər həmin gün səfərə çıxsa belə kəffarə onun boynundan götürülmür.

Deməli, hər kim yuxudan oyanıb möhtəlim olduğunu görsə, lakin sübh namazının vaxtı daxil olmamışdan qabaq bilərəkdən qüsl və ya təyəmmüm etməsə və orucu pozmaq niyyətilə sübh namazı daxil olduqdan sonra səfərə çıxmağı qərara alsa, qərara aldığı kimi etsə də kəffarə onun boynundan götürülmür. Yəni, gecə səfərə çıxmağı qərara alıb səhər də səfərə çıxmaq kəffarənin aradan qalxmasına bais olmur.

3) Boynuna kəffarə gələn şəxsə onu dərhal yerinə yetirmək vacib deyil. Lakin kəffarəni o qədər təxirə salmamalıdır ki, vacib əmələ qarşı səhlənkarlıq sayılsın.

4) Üstündən bir neçə il ötsə də vacib kəffarənin üzərinə heç nə əlavə olunmur və miqdarı artmır.

5) Qəza və kəffarə orucu arasında tərtibə riayət etmək vacib deyil.

4) Hansı halda bu kəffarə vacib olur.

Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhr azanından sonra oru-cunu batil edə bilməz və əgər qəsdən orucunu batil etsə kəffarə verməlidir.

Diqqət:

---Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhr azanından qabaq orucunu aça bilər. Bu şərtlə ki, qəza orucunu tutmaq üçün vaxt dar olmasın. Lakin əgər vaxt dar olsa, məsələn, bir nəfərin boynunda 5 gün qəza orucu varsa və irəlidə gələn Ramazan ayına da beş gündən çox vaxt qalmayıbsa, vacib ehtiyata görə bu şəxs zöhrdən öncə də oru-cunu aça bilməz. Lakin orucunu açsa, kəffarəsi yoxdur.

---Ramazan ayı orucunun qəzasını tutmağa əcir olan (isticari oruc tutan) şəxs əgər zöhr namazının vaxtı daxil olduqdan sonra orucu açsa, kəffarə ona vacib olmur.

5) Kəffarənin miqdarı

Ramazan ayı orucunun qəzasını tutan şəxs əgər zöhrdən sonra orucunu açsa, 11 yoxsula yemək verməlidir. Əgər buna imkanı olmasa, 3 gün oruc tutmalıdır.

6. Təxirə salınan qəza orucunun kəffarəsi

Hər kim şəri üzrü olduğuna görə Ramazan ayında oruc tutmasa və gələn ilin Ramazan ayınadək heç bir üzrü olmadan səhlənkarlıq üzündən onun qəzasını yerinə yetirməsə, sonradan həm orucun qəzasını tutmalı, həm də qəza orucunu təxirə saldığına görə kəffarə verməlidir. Lakin əgər gələn ilin Ramazan ayına qədər mövcud şəri üzrü davam etsə, məsələn, il boyu səfərdə olsa, təkcə orucun qəzasını tutmalıdır və kəffarə ona vacib olmur. Hərçənd ki, ehtiyati-müstəhəbə görə həm oru-cun qəzasını tutmalı, həm də kəffarə verməlidir.

Diqqət:

---Hər kim bilməsə ki, əgər qəza orucunu gələn ilin Ramazan ayınadək tutmasa, boynuna kəffarə gələcəkdir, hökmü bilmədiyinə görə kəffarə onun boynundan götürülmür. Beləliklə əgər bir şəxs bilməsə ki, Ramazan ayında tutmadığı orucların qəzasını tutmalıdır və gələn ilin Ramazan ayına qədər də orucların qəzasını tutmasa, hər gün üçün kəffarə verməlidir.

---Ramazan ayı orucunun qəzası əgər gələn ilin Ramazan ayına qədər yerinə yetirilməsə, kəffarəsi vardır. Lakin bu kəffarə qəza orucu bir neçə il təxirə salınsa belə bir dəfə vacib olur.

7) Kəffarənın miqdarı

Təxirə salınan qəza orucunun kaffarəsi hər gün üçün bir müdd təamdan ibatərdir və bu təam yoxsula verilməlidir.

Diqqət:

---Hər gün bir müdd təam kəffarə verən şəxs bir neçə günün kəffarəsinin bir yoxsula verə bilər.

Kəffarə barədə bir şəri məsələ:

---Hər kim müəyyən bir günü oruc tutacağını nəzir etsə və həmin gün bilərəkdən oruc tutmasa və ya orucunu batil etsə, kəffarə verməlidir.

Diqqət:

---Nəzir orucunun kəffarəsi andı pozmağın kəffarəsi ilə eynidir.

 

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930