11 ayda edilən günahlardan paklanmaq – Ramazan ayında görülməli əsas iş
Mьəllif: admin1
Tarix: 27-03-2023, 10:19
11 ayda edilən günahlardan paklanmaq – Ramazan ayında görülməli əsas iş
Əmirəl-möminin (ə) Peyğəmbərdən (s) soruşur: "Ramazan ayının ən yaxşı işi hansıdır?”.

Buyurur: "Təqva – Ramazan ayının ən yaxşı zamanıdır. Ramazan ayında ən yaxşı əməl günahdan çəkinməkdir”.

Çox təəssüf ki, insan məsum deyildir və hər an günah işlətməyə qadirdir. Ramazan ayı on bir ayın sultanıdır və insan bu ayda qalan on bir ayda etdiyi günahlarından saflaşmağa və paklanmağa çalışar. Ona görə də bu müqəddəs ayda günahdan çəkinər.

Oruc insanı tərbiyə edər. İnsan orucun sayəsində dilinə, gözünə və qulağına hakim olmağı öyrənər. Günahın zəminəsini hiss edən kimi ondan çəkinər və nəfsini islah edər.

Həzrət Peyğəmbər (s) buyurur: "Bədbəxtliyin nişanəsi gözün quru olması, ürəyin sərt olması, dünyaya qarşı şiddətli həris olmaq və günahda israr etməkdir”.

Qurani-Kərim insanı yersiz yerə təqvalı olmağa dəvət etmir. Əgər insan təqvalı olarsa, günahı da tərk edər və əgər təsadüfən günah işlədərsə, Allah o günahları gizlədər. "Əgər bir şeyi aşkar etsəniz, yaxud gizlətsəniz (fərqi yoxdur) şübhəsiz Allah həmişə hər bir şeyi (hətta sizin qəlbinizdən keçənləri belə) biləndir”. ("Əhzab” 54).

Bunu qeyd etmək lazımdır ki, gizli günahlar həmişə gizli qalmaz. Elə bir gün gəlib çata bilər ki, insan geri qayıtmaq üçün yol tapmaz və etdiyi bu günahlarına görə həsrət çəkər. "Məhz o gün insan: «Qaçıb qurtulmaq üçün yer haradadır?» – deyəcəkdir”. ("Qiyamət” 10).

"Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün (O gün, İlahi əzabının müqabilində) onun nə bir gücü, nə də bir köməkçisi olar”. ("Tariq” 9-10).

"(Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar”. ("Rəhman” 41).

"Ey iman gətirənlər, şeytanın addımlarına tabe olmayın. Kim çeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq və əməldən) pak olmazdı. Lakin istədiyini (kamillik mərhələlərində) paklaşdıran Allahdır. Allah (hər şeyi) eşidən və biləndir”. ("Nur” 21).

Biz nə qədər Qiyamət günü üçün hazırıq? O gün ki, bütün günahlarımız istər aşkar olsun, istərsə də gizli - insanların içində ifşa olacaq və rüsvay olacağıq. Biz o böyük günə hazır deyilik.

Çünki günahı tərk etmək əzmində deyilik. Halbuki, Allah hər dəfə bizim üçün bu fürsəti yaradır ki, günahdan uzaq olaq və Allaha tərəf qayıdaq. Bu fürsətlərdən biri də müqəddəs Ramazan ayıdır.

Hələ ki, bu fürsəti əldən verməmişik, əməllərimizə diqqət edək və Allahın bu tövsiyəsini yaddan çıxartmayaq: "Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün”. ("Ali-İmran” 102).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930