Qəbr evinin mömünlərinin qibtə etdiyi şəxslər
İnsan xilqətcə, yaradılışca mürəkkəb bir varlıqdır. Bu mürəkkəbliklərdən biri də unutqanlıqdır.
Bu unutqanlıq da səbəb olur ki, insan əlində olanların dəyərini və qiymətini yaddan çıxarsın. Xüsusən də sağlamlıq və həyat kimi zəhmətsiz sahib olduğu şeylərdə. İnsan adətən sağlamlığının dəyərini xəstələnəndə, gəncliyinin dəyərini qocalanda bilir. Həyatı yaşamaq da bir ilahi nemətdir. Ömür Allah Təalanın insanlara verdiyi bir zaman kəsiyi,bir vaxtdır ki onu dəyərləndirmək insanın öz öhdəsindədir. Zaman bir ilahi nemət olduğu üçün yalnız Allah yolunda istifadə olununda öz dəyərini tapır. Çünki malı sahibinə qaytarmış kimi olursan. İnsan ömür zamanını dəyərləndirməyəndə dünyada da, axirətdə də peşmançılıqla üzləşməli olur. Necə ki Allah Rəsulu (s) buyurub: "Bütün gecələrdə ölüm mələyi nida edib deyər: Ey qəbristan əhli! Artıq siz ölum qorxusunu ( ölümün həqiqətini) dadıb müşahidə etmisiniz. Bugün siz kimlərə qibtə edirsiniz (kimlərin yerində olmaq istərdiniz)? Qəbir əhli cavab verər: Biz məscidlərdə olan , səcdədə olan mömünlərə qibtə edirik. Çünki onlar namaz qıla bilirlər, biz isə bunu edə bilmirik. Zəkat verənlərə qibtə edirik. Çünki özümüz bunu edə bilmirik. Onlar ramazan ayının orucunu tuturlar, biz isə bunu edə bilmirik. Onlar öz mallarından sədəqə verə bilirlər, biz isə edə bilmirik.” Həqiqətən dünya da, bu dünyada olanlar da bir ilahi nemətdir. İnsan yalnız nemətləri dəyərləndirməklə Allah yanında dəyər tapır. Oxşar xəbərlər
|