Əhli-beytdən (ə) uzaqlaşmağın nəticəsi
Mьəllif: admin1
Tarix: 2-06-2017, 21:46

 

Qurani-Kərimdə oxuyuruq: "Ey iman Əhli! İtaət edin Allaha, onun peyğəmbərinə, özünüzdən olan əmr sahiblərinə.” ("Nisa”, 59) 

Əgər bir şəxs elmdə sabitqədəmlərə, əmr sahiblərinə tabe olmasa, Allah və Onun rəsuluna arxa çevirmişdir. Rəvayətlərə əsasən elmdə sabitqədəmlər və əmr sahibləri dedikdə Əhli-beyt nəzərdə tutulur. 
İndi Əhli-beytə (ə) arxa çevirənlərin aqibətini nəzərdən keçirək. "İtaət edin Allaha, itaət edin Peyğəmbərə (s) və özünüzdən olan əmr sahiblərinə” ayəsinə əsasən Əhli-beytə (ə) hərtərəfli bağlılıq vacibdir. Əhli-beytə (ə) arxa çevirənlər isə bu məktəbin bəhrəsindən məhrum olasıdır. Quran ayələrinə əsasən belələri böyük ziyana düşənlərdir. Ayədə oxuyuruq: "Allahla bağladıqları əhdi pozanlar, Allahın əmr etdiyi rabitələri qıranlar və yer üzündə fəsad törədənlər üçün lənət və pis aqibət var.” ("Rəd”, 25) 

Allah Quranda əmr sahiblərinə itaəti əmr edir. Belə bir itaətdən boyun qaçırmaq ağır günahdır və cəhənnəm odu ilə sonuclanır. Bəziləri deyə bilərlər ki, bu ayəyə əsasən ədalətli hakimə də itaət edilməlidir. Əslində isə yalnız elmdə sabitqədəmlər, zikr əhli olanlar, "məvəddət”, "mubahilə”, "təthir” ayələrinin şamil oluna biləcəyi kimi kəslər «ülul-əmr» məqamına layiqdir. Bu isə yalnız Peyğəmbər əhli-beyti, məsum imamlardır. 
Bəziləri ayənin mənasını təhrif etməklə vilayət halqasını qırmaq, peyğəmbərdən sonra ləyaqətsiz insanları hakimiyyətə gətirməyə çalışmışlar. Onlar üçün fərqi yoxdur ki, Peyğəmbərdən (s) sonra onun yolunu davam etdirəcək şəxs cahiliyyət dövründə müşrik olub, yoxsa müvəhhid. Əbu Bəkr hakimiyyətə çatdıqdan sonra Ömər özü deyir: "Əbu Bəkrin hakimiyyətə gəlməsi səhv oldu, Allah özü xalqı bu işin zərərindən qorusun.” ("Şərhi-Nəhcül-bəlağə”, 2-29) 

Əgər İslam peyğəmbərinin (s) Əhli-beytlə (ə) bağlı tövsiyələrini nəzərə alsaq əmin olarıq ki, Quran, elm, fiqh mənbəyi sayılan məsumlara arxa çevirmək peyğəmbərdən uzaqlaşmaq və ağır bir günahdır.
 
 

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930