Ən yaxşı yemək
Keçmiş zamanlarda Məkkə şəhərində kasıb və imanlı bir kişi yaşayırdı. O, həmişə ibadət edər, gündüzləri Allah rizası üçün oruc tutardı.
Elə ki günəş batar, iftar vaxtı yetişərdi, cibindən bir kağız çıxarıb ona baxar və heç nə yeməzdi. Çünki onu oxumaqla aclığı aradan gedərdi. Onun ölümündən sonra kağızı cibindən götürürlər və görürlər ki, onun üzərində mübarək "Bismilləhir-Rahmənir-Rahim” cümləsi yazılmışdır. Məlum olur ki, Allahın ismi-əzəminin bərəkətindən onun aclığı gedirmiş. (Mənbə: Seyyid Əbdülhüseyn Dəstğeyb "Tovhid və nübüvvətə aid dastanlar”) /Deyerler.org/ Oxşar xəbərlər
|