Peyğəmbər (s) və Əhli-Beytinin (ə) xüsusi davamçıları cənnətdə harada sakin olacaqlar?
Mьəllif: admin1
Tarix: 3-06-2017, 23:52

Peyğəmbər (s) və Əhli-Beytinin (ə) xüsusi davamçıları cənnətdə harada sakin olacaqlar?

 "Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!”. ("Tövbə” 72).

Bu ayədə adı çəkilən cənnəti-ədn behiştin o bağlarıdır ki, Həzrət Peyğəmbər (s), Əhli-Beyt (ə) və onların xüsusi davamçıları orada sakin olacaqlar. Bəs bu bağlar behiştin hansı hissəsindədir? (Beytutə saytı)

Quranda cənnəti-ədnə işarə edən bir çox ayə vardır. O cümlədən: "Onların daxil olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır. Orada onlar üçün istədikləri hər bir şey vardır”. ("Nəhl” 31).

Adından da göründüyü kimi, bu behişt bağları əbədi məkanlardır və ona görə də behiştin başqa bağlarından daha üstün hesab olunur.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Ədn – Allahın o evidir ki, heç bir göz onu görməmiş, heç kəsin fikrinə düşməmişdir. Onda ancaq üç dəstə sakin olacaqdır: peyğəmbərlər (ə), siddiqlər və şəhidlər. Allah buyurur: "Xoş olsun o kəslərin halına ki, ora daxil olacaqlar””.

Həzrətdən (s) gələn başqa hədisdə oxuyuruq: "Hər kim həyatının mənim kimi və ölümünün mənim kimi olmasını istəyirsə və Allahın behiştdə mənə vəd etdiyi cənnəti-ədndə sakin olmaq istəyirsə - gərək Əli İbn Əbutalibi (ə) və ondan sonrakı övladlarını sevsin”.

Bu hədislərdən də göründüyü kimi, cənnəti-ədn behiştin elə bir üstün bağıdır ki, orada ancaq Allahın xas bəndələri sakin olacaqlar və digər kəslərin ora daxil olmağa ləyaqəti olmayacaqdır.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031