Orucluq digər səmavi və qeyri səmavi dinlərdə necə olub?
Qurani-Kərimdə Bəqərə surəsinin 183-cü ayəsində buyrulur:
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!
Bu ayəyə əsasən təfsir alimləri qeyd edirlər ki, İslamdan qabaqki dinlərdə də oruc tutmaq vacib olub. Amma hər peyğəmbərin (ə) öz şəriətinə uyğun olub. Oruc tutulmalı günlərin sayında fərq olub. Başqa ümmətlərdə başqa cür oruclar mövcud olub. Məsələn Yəhudi xalqlarındakı sükut orucu kimi.
Həzrəti İdris (ə) öz suhufunda (kitabında) qövmünə buyurur: "Eləki orucluq ayına çatdınız özünüzü alçaqlıq və çirkinlikdən paklayın. Allah Təala üçün qəlbinizi xalis və nurani edin, pis fikirlərdən çəkinin, oruc tutun. Ağzınızı təkcə yeməkdən deyil bəlkə bütün günahlardan qoruyun.”
Keçmiş Yəhud qövmündə də oruc olub.Hədislərdə buyurulur ki, Fironun suya qərq olmasından sonra camaatı Musa (ə)dan kitab tələb etdi. Musa (ə) otuz gün oruc tutur və Tur dağında qalır. ( Vəqaiyul əyman. S-423 )
Əhdi Ətiqin bəzi hissələrərində yəhudilərin və başqa qövümlərin oruc tutmasından söhbət açılır. Həmən mənbədə Davud,Uzeyr, Daniyal, İlyas peyğəmbərlərin (ə) qovümlərinin orucuna işarə edilir.Bu da onu göstərir ki oruc tutmaq bütün ilahi dinlərin göstərişlərindən olub.
Oruc tutmaq təkcə ilahi dinlərdə deyil, qeyri ilahi dinlərdə də özünə məxsus formada movcuddur. Məsələn Qədim Misir əhalisi də orucu özlərinə müəyyən formalarda vacib bilirdilər, xüsusəndə qadın və ruhənilərə.
Hindi ayinləri din hesab olunmasa da onların da özünə məxsus orucu və pəhrizkarlığı vardır. Bu ayinin zahidləri orucu,pəhrizkarlığı insanın ruhanı təkamülündə böyük amıl hesab edirlər və düşünürlər ki, bu təkamül yalnız aclıq və pəhrizkarlıqla mümkündür. Ömürü bu cür sona çatdırmağı da ən gözəl ölüm adlandırırlar.
Budda ayinlərində də oruc tutmaqa diqqət edilir. Xüsusən də bu ayinin rahibləri gündə bir dəfə yeməklə kifayətlənir, ayın əvvəli, ortası və axırıncı günləri tam oruc tutarlar.
Demək olar ki bütün ilahi və qeyri ilahi dinlərdə, qədim bütpərəst dinlərində, yaxud müasir zamanda movcüd olan müxtəlif ayinlərin hamısında fərqli şəkildə olsa da oruc tutmaq müvcuddur. Bu bir daha orucluqun insan təkamülündəki rolunun əhəmiyyətinə bir işarədir. Təbii ki ilahi göstəriş əsasında.
(İslaminSesi/Y.Nuriyev) Oxşar xəbərlər
|