Yükləmə gedir gözləyin...
Həzrət Xədicənin (s.ə) mübarək hərəminin qədim görüntüləri- FOTO
Besətin onuncu ili, ramazan ayının 10-cu günü, həzrət Xədicə (əs) 65 yaşında vəfat etdi. (Məsarüş-şiə, s.6- Feyzül-Əllam, Vəqayeül-əyyam, s. 32) Qüreyşin sərvətli və adlı-sanlı qadınlarından olan o xanım, peyğəmbərlə (s) besətdən 15 il öncə evlənmişdi.
Peyğəmbərə (s) iman gətirən ilk şəxslərdən idi. Bütün gücü ilə o həzrətə kömək etdi. Xədicənin varlığı peyğəmbər üçün o qədər əhəmiyyətli idi ki, onun vəfatını böyük müsibət saydı. Özünün iki himayəçisni (həzrət Əbu Taliblə (ə) həzrət Xədicənin) vəfat ediyi ili "amul-huzn”, yəni hüzn ili adlandırıdı.
Həzrət Xədicə (ə.s) dünyadan köçən zaman peyğəmbərə (s) bir neçə vəsiyyət etdi. O qədər fədakarlığa - dinin sütunlarını möhkəmlətmək üçün o qədər malını infaq etməsinə baxmayaraq, ərz etdi: Ya Rəsulullah! Məni bağışlayın ki, sizin haqqınızı (lazımınca) əda edə bilmədim.”
Peyğəmbər (s) buyurdu: " Haşa! Heç bir vaxt (belə deyil). Mən sizdə bir qüsur görmədim. Mənim üçün son həddə çalışdın. Evimdə mənim üçün çoxlu zəhmətlərə dözdün və malını Allah yolunda bağışladın. " (Şəcəreyi-Tuba: c.2, s. 234).
Həzrət Xədicə,, peyğəmbərin ilk həyat yoldaşı idi. O həyatda olduğu dövrdə əziz peyğəmbər (s) başqa birisi ilə evlənmədi. İslamda öncüllüyü və peyğəmbər (s) xidmətləri saya gəlməz.
Onun fəziləti haqqında bunu demək kifayətdir ki, həzrət Siddiqənin (ə.s) anası, və on dörd məsumun (ə) nənəsidir. Həzrət Xədicə, peyğəmbəri (s) təsdiqləyən birinci qadındır. Məkkədə o həzrətlə camaat namazı qılan ilk qadındır.
Birinci qadındır ki, öz imanını müşriklər arasında aşkar etdi. Birinci qadındır ki, düşmənlərin müqabilində onu düşmənlərdən müdafiə etdi və bütün malını ona bağışladı.
Birinci qadındır ki, Əmirəlmöminin (ə) vilayətini qəbul etməklə kamal dərəcəsinə yüksəldi. (Rəyahinüş-şəriə: c. 2, s. 211).
Həzrət Xədicənin (s.ə) misilsiz məqamı haqqında məlumatla burdan tanış ola bilərsiz.
Oxşar xəbərlər
|
|