Səbirli insanların 10 xüsusiyyəti
Həyatımızda bəzən elə insanlarla rastlaşırıq ki, bəzi xüsusiyyətlərinə görə bizi özünə cəzb edirlər. Onlar nəinki sözləri və rəftarları ilə insana rahatlıq hiss verirlər, həm də sükutları ilə insana aramlıq verirlər. Bu cür insanları səbirli insanlar adlandırırlar.
Quranın nəzərinə görə, səbir – elə bir ali sifətdir ki, əgər İlahi qürb niyyətilə olarsa, Allah bu insanları sabir adlandırıb, onları mədh edər. Onları ağıl sahiblərindən hesab edər. "Və o kəslər ki, özlərinin Rəbbinin razılığını cəlb etmək üçün (çətinliklərdə və öz vəzifələrini yerinə yetirməkdə) səbir etdilər... Bu dünyanın (gözəl) sonu (onun sona çatması ilə Cənnətə daxil olmaq) onlar üçündür”. ("Rəd” 22). Bəs səbirli insanların hansı xüsusiyyətləri vardır? 1. Səbirli insan başqalarının səhvini və xətasını bağışlayır və güzəşt edir. "Əlbəttə kim (intiqam almaq qüdrəti ola-ola) səbiir etsə və bağışlasa, bu, doğrudan da mühüm işlərdəndir”. ("Şura” 43). 2. Səbirli insan müsibət zamanı Allahı yada salar. "Səbir edənlərə müjdə ver. O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə, «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün, Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər”. ("Bəqərə” 155-156). 3. Səbirli insan kobudluqla üzləşən zaman, mülayim rəftar edər. "Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. ("Fussilət” 34). 4. Səbirli insan işin doğru olduğuna inanarsa, başqalarının əsassız sözlərinə qulaq asmaz. "Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu,) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar. Əgər səbir etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz”. ("Ali-İmran” 120). 5. Başqalarının acı sözlərinə səbir edər. "Onların dediklərinə (nalayiq söz və iftiralarına) səbir et və onlardan gözəl bir tərzdə (səbirlə, sənə cihad əmri verilənə qədər onlarla döyüşmədən) uzaqlaş”. ("Muzzəmmil” 10). 6. Səbirli insan qazancını əldən verən zaman Allaha təvəkkül edər. "Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver”. ("Bəqərə” 155). 7. Əzizlərini əldən verən zaman səbir edər. ""Səbir edənlərə müjdə ver. O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə ...” ("Bəqərə” 155). 8. Xəstə olan zaman özünə hakim olar. "Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq... cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir”. ("Bəqərə” 177). 9. Yoxsul olan zaman izzətini itirməz. "Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. ...”. ("Bəqərə” 177). 10. Qəzəblərini kontrol edə bilirlər. "(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. ("Ali-İmran” 134). /Deyerler.org/ Oxşar xəbərlər
|