Ramazan ayında valideyn övlad üçün hansı mühüm işləri görməlidir?
Mьəllif: admin1
Tarix: 6-06-2017, 10:46

Ramazan ayı öz fəzilət və bərəkəti ilə bizi əhatə etməkdədir. Hər kəs öz istedadı çərçivəsində bu aydan, ümumiyyətlə fərq etməz, bütün ibadətlərindən pay alır. Hər kəs öz gücündə iş görə bildiyi kimi, aldıgı mükafat da hər kəsin öz gücü miqdarındadır.


Bu kimi işlərin görülməsində, yeni istedadların üzə çıxmasında və zəhmətlər nəticəsində nail olduqları mükafatların yüksək olmasında gənc və yeniyetmələrin yardıma və dəstəyə daha çox ehtiyacları var. Təbii ki, burda da əsas yük valideynlərin üzərinə düşür.

Xüsasən də Ramazan ayı ovlad tərbiyyəsi üçün daha diqqət çəkici və təsirlidir. Əxlaq ustadları bu barədə bir neçə tovsiyə etmişlər:

Əgər istəyirsiniz ki övladlarınız saleh, mömün, hicablı, əxlaqlı olsun gərək tərbiyyə onların lap körpəliyindən başlanılsın. Bəzi valideynlər düşünür ki övladları hələ mükəlləf deyil, tezdir. Amma bu doğru fikir deyildir. Necəki hədislərdə buyurulur eləki övladınızın doqquz yaşı oldu ona oruc tutmağı öyrədin, bərk susuzlayanda isə iftar etmək üçün ona su verin ( Kafi C-3 S-409)

Onlar üçün sağlam mühüt yaradın. Dostlsrına, yoldaşların nəzarət edin. Uşaqın o zamanlarda ən yaxşı dostu valideyni olsa yaxşı olar. Valideyn bünu bacara bilsə yaxşı olar.

Dini ayınlərin, xüsusən də namaz və orucün gözəlliyini, dünya və axirət faydalarını anlatmaq. Bu ibadətlərin insanda qoyduğu xoş, gözəl əxlaqı dəyərləri göstərmək, orucun insanın özünə və insanlığa xidmətini izah etmək, həmçinin qarşı tərəfin, qeyri dini olan, əxlaq normalarından kənar işlərin pisliyini başa salmaq.

Onlara islamın böyük şəxsiyyət yetişdirdiyini demək. Çünki insan kiçikkən ən böyük arzularından bıri böyük şəxsiyyətlərdən olmasıdır. Bu düşüncə ilə böyüyən insan həqiqətən də bir şəxsiyyət kimi yetişir.

Vaxtının bölüşdürülməsinə nəzarət. Xüsusən də valideyinləri ilə birgə olmalarına vaxt ayırılmalı, iftar vaxtı bir yerdə olmalıdırlar.

İstirahətlərinə də diqqət olunmalıdır. Onları çox yormamalıdırlar.

Allah Rəsulundan (s) hədisdə tövsiyə olunub ki, övladınıza yaxşı ad qoyun, yazmaq (elm) öyrədin, eləki həddi buluğ olduldr onlarla dost olun. ( Rouzətil vaizin-588 )


 (İslaminSesi/Y.Nuriyev)

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930