Cadugərə müraciət edən dinə küfr etmiş olur
Mьəllif: admin1
Tarix: 25-11-2020, 21:25
Cadugərə müraciət edən dinə küfr etmiş olur
Hədislərimizin nəzərinə görə, sehrbazlar və cadugərlər heç bir zaman behiştə daxil ola bilməyəcəklər.

Belə ki, Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Üç dəstə behiştə daxil olmayacaqdır: daima şərab içən, o kəslərin ki, peşəsi sehrbazlıqdır və o kəslər ki, qohumluq əlaqəsini kəsiblər”.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Kahin (qeybdən xəbər verən), münafiq, daima şərab içən, söz gəzdirən behiştə daxil olmayacaqlar”.

Bəli, sehr və cadu kəbirə günahlardan hesab olunur və ona görə tövbə etmək lazımdır. Necə ki, Firon ilə Musanın (ə) əhvalatında sehrbazlar tövbə etmişdilər.

"Həqiqətən biz Öz Rəbbimizə iman gətirdik ki, günahlarımızı (şirk etiqadımızı və əməldəki günahlarımızı) və sənin bizi vadar etdiyin sehri bağışlasın. Allah daha yaxşı və əbədidir”. ("Taha” 73).

Bunu qeyd etmək lazımdır ki, sehrbaza müraciət edənin günahı heç də sehrbazın günahından az deyildir. Çünki əgər sehrbaza müraciət edən olmasa, sehr etməyə ehtiyac qalmaz.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, sehrbazın və ya kahini və ya yalançının yanına gedər və dediklərini təsdiq edərsə - Allahın göndərdiyi bütün səma kitablarına kafir olmuş olar”.

Ona görə də deyə bilərik ki, sehr və cadu kəbirə günahlardan olub, günahı böyükdür və sehrbaz gərək səhvini başa düşüb, tövbə etsin. Əks halda cəhənnəmə gedəcək və behiştin üzünü görməyəcəkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031