Şəriətin ümümi məsələlər barəsində beş hökmü var :
Vacıb- tərk olunmasına icazə yoxdur
Haram-tərk edilməsi tələb olunur
Müstəhəbb- vacib deyil,amma icra etsən savabı var
Məkruh- tərk etsən yaxşıdır, amma yerinə yetirmək haram deyil
Mübah- nə cəzası var nə də mükafatı.
Oruc bəzi vaxtlarda vacıb və ya müstəhəbb, bəzi hallarda haram və ya da məkruh olur.
Bir neçə hal var ki oruc tutmaq müsəlmana haram olur:
-Fitir günü Ramazan ayı qurtarıb. Şəvval ayının birincı günü olur. Həmən günü qəsdən oruc tutmaq haramdır.
-Qurban bayramı günü, yəni Hacc mərasimi günlərində zilhiccə ayının 10-da Minada qurban kəsiləndə bütün müsəlmanlar öz vətənlərində də qurban bayramı gününü qeyd edirlər. Həmən günü oruc tutmaq haramdır.
-Şəban ayının axırıncı günü Ramazan ayı niyyəti ilə oruc tutmaq, amma başqa niyyətlə tuta bilər.
-Qadının və övladların atanın izni olmadan müstəhəbbi oruc tutmaları (əgər zərəri varsa) haramdır. Amma vacıb oruc və ya başqa vacib məsələlərdə atanın (ərin) icazəsi lazım deyil.
Məkruh (bəyənilməyən) oruca gəlincə: Aşara gününün orucu ( Həmən günü Yəzid tərəftarları zahiri qələbə qazanıb İmami (ə) və bütün yaxinlarını qətl etdikləri üçün şükr orucu tuturdular.İndinin özündə də bu adətlərinə davam edirlər)
Və Ərəfə günü ilə Qurban bayramı gününün olması arasında şəkk edərsə ( oruc məkruhdur).
Ümumiyyətlə islamda əsas olan işin özü deyil, əsas olan işin Allah Təalanın istədiyinə uyğun yerinə yetirilməsidir.
Y.Nuriyev