İmam Əlinin (ə) nəzərində dünya sevgisinin gətirdiyi 8 bəla
Mьəllif: admin1
Tarix: 7-06-2022, 11:21
İmam Əlinin (ə) nəzərində dünya sevgisinin gətirdiyi 8 bəla
İmam Əli (ə) «Nəhcul-bəlağə»də dünya sevgisini şiddətlə tənqid etmiş və ondan çəkindirmişdir. Dünya sevgisinin gətirdiyi bəlalardan söz açmışdır ki, onlara işarə edək.

1. Dünya sevgisi bütün xataların köküdür. İmam Əli (ə) buyurur: "Dünya sevgisi bütün səhv və günahların başındadır”.

2. Dünya sevgisi insanı aldadar. Həzrət (ə) buyurur: "Dünyanın məsəli – ilanın məsəli kimidir ki, yumşaq bədəni vardır. Öldürücü zəhəri daxilindədir. Aldanmış nadan ona tərəf meyil edər və aqil insan ondan çəkinər”.

3. Dünya sevgisi tamaha səbəb olar. İmam (ə) buyurur: "Dünya sevgisi və məhəbbəti tamah meydana gətirər”.

Başqa yerdə buyurur: "Dünyapərəstlər dünyadan bir şeyə çatmazlar, məgər o halda ki, hərislik qapısı üzlərinə açılar və eşq atəşi onları daha sürətli edər”.

4. Dünya sevgisi Allaha üsyana səbəb olar. İmam (ə) buyurur: "Dünyanın aldadıcı cazibələri insanı üsyana tərəf çəkər”.

5. Dünya sevgisi axirət səadəti ilə uyğun gəlmir. İmam (ə) buyurur: "Necə ki, gecə və gündüz cəm olası deyildir, Allah sevgisi ilə dünya sevgisi də cəm olası deyildir”.

6. Allahdan qəflətə səbəb olar. İmam (ə) buyurur ki, dünya ləzzətlərinə qərq olmaq insana Allahı unutdurar və mənəvi ləzzətdən saxlayar.

7. İnsan haram ləzzətlərə meyil edər. İmam (ə) buyurur: "Həqiqətən bu din pis əməl sahiblərinin əlində əsir olmuşdur ki, din adı ilə nəfslərinə pərəstiş edir və dünyalarını əldə edirlər”.

8. Məadı unutmaq. İmam Əli (ə) buyurur: "Dünyanın tez ötən zinətləri axirətin cavidan zinətlərindən daha tez sizə nüfuz etmişdir. Dünyapərəstlik, Qiyaməti yadınızdan aparmışdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031