Ruh başqa bir bədənə keçə bilirmi?
Mьəllif: admin1
Tarix: 8-06-2022, 12:07
Ruh başqa bir bədənə keçə bilirmi?
Tarix boyu bir çox firqələrdə belə bir yanlış əqidə meydana gəlmişdir ki, ruh bir bədəni tərk etdikdən sonra, başqa bir bədənə daxil ola bilir. Yəni, guya insan öləndən sonra ruhu başqa aləmə getmir, elə bu aləmdə qalır. Ancaq başqa cismə daxil olaraq. Bu insan da ola bilər, hansısa heyvan da ola bilər. Bu əqidələrinin adını da tənasüx qoyurlar.

Bu əqidədə olan insanlar Quranın bu ayəsinə istinad edirlər ki, buyurur: "Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında)heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü)hamılıqla (öldükləri yerlərdən)öz Rəbblərinə tərəf toplanılacaqlar”. ("Ənam” 38).

Onlar deyir ki, bu ayə bəyan edir ki, heyvanlar da əvvəlki ümmətlər kimidirlər. İnsanların ruhu öz bədənlərini tərk etdikdən sonra, cəza görmək üçün heyvanların bədəninə daxil olurlar. Misal üçün insan əgər hiyləgər və fırıldaqçıdırsa, tülkünün bədəninə daxil olar. Əgər kinli və fitnə edəndirsə - canavarın.

Ancaq cavabında deyə bilərik ki, bu ayənin tənasüxə heç bir dəxaləti yoxdur. Çünki heyvan cəmiyyəti də insan cəmiyyəti kimidir. Onlar da insanlar kimi yeyir, içir, ölürlər. Onların da müəyyən dərəcədə şükür və dərkləri vardır və ona görə Qiyamətdə hesab verəcəklər. Onlar da insanlar kimi bu dünyaya ancaq bir dəfə gəlirlər.

Əgər ayə deyirsə ki, Allaha tərəf toplanacaqsınız, məqsəd odur ki, Qiyamət günü toplanacaqlar, nəinki bu dünyada başqa bədənə girərək. İnsan ruhunun başqa bədənə girməsi mümkün deyil. İnsan Qiyamət günü bir ruhla, bir bədənlə dirilə bilər. Hansı məntiq qəbul edə bilər ki, eyni insan müxtəlif bədənlərlə eyni zamanda Qiyamət səhnəsinə daxil ola bilər?!

Onların istinad etdiyi başqa bir ayə budur: "(Məadı inkar edən müşriklər) dedilər: «Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; daim ölürük və dirilirik (bir dəstə ölür, bir dəstə dirilir)və bizi yalnız zamanın keçməsi öldürür». ("Casiyə” 24).

Onların əqidəsinə görə bu ayə bəyan edir ki, biz davamlı olaraq ölürük və başqa bədənlərə daxil oluruq.

Cavabında gərək deyək ki, burada adı çəkilən ölürük və yenidən dirilirik dedikdə, qocaların bu dünyanı tərk edib, körpələrin onun yerini tutması nəzərdə tutulmuşdur. Ona görə də tənasüxə heç bir aidiyyəti yoxdur.

Əlbəttə, bu insanların istinad etdiyi ayələr çoxdur, ancaq Quran ayələrinin təfsirinə və hədislərə istinad edərək deyə bilərik ki, tənasüx mövcud deyildir və bu əqidə batil əqidədir.

Hər kim bu əqidəyə inanar, dinimizin nəzərinə görə kafir olmuş olar. Çünki tənasüx əqidəsi həm Qiyaməti və həm də savab, cəza əqidəsini inkar edir.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930