Əqiq daşının – xüsusiyyətləri və bərəkətləri
Əqiq – bərəkətli və müxtəlif xüsusiyyətlərə malik olan bir daşdır. Onun haqqında çox sayda hədis daxil olmuşdur.
Əqiq qırmızı, sarı, göyə çalan kül və ağ rənglərdə olur. Əqiq daşı adətən Yəməndə, Hindistanda, İranda, Çində olur. Əqiq daşının özünəməxsus xüsusiyyətləri vardır ki, onlarla tanış olaq: 1. Əqiq daşı atəşlə yandırmaq olmaz. 2. Əqiq daş şüşə üzərində xətt qoyar. 3. İşıq şüasında arı pətəyinə bənzər naxış görünər. 4. Ucu iti olan şeylər əqiq daşa təsir etməz və üzərində xətt qoymaz. Bu xasiyyətlərə malik olan daşlar həqiqi əqiq hesab olunur. Bəzən ticarətçilər əqiq adı ilə başqa daşları müştərilərə təqdim edirlər ki, həqiqi əqiq sayılmır. Həqiqi əqiqdə yuxarıda saydığımız bu dörd xüsusiyyət olmalıdır. Məsumlarımızın (ə) əksər hissəsi əqiq üzüyü gəzdirməyi tövsiyə etmişdilər. İmam Sadiq (ə) buyurur: "Hər kim əlinə əqiq üzük taxar, pərişan olmaz və qəm ona çatmaz”. İmam Sadiq (ə) buyurur: "Hər kim əlinə əqiq üzük taxar ki, mübarəkdir – ümid vardır ki, aqibəti xeyirli olsun”. İmam Baqir (ə) buyurur: "Qırmızı, sarı və ağ əqiq behiştdə olan dağlardır və hər kim əlinə əqiq üzük taxar – xeyir, yaxşılıq və ruzisinin artmasından başqa bir şey görməz”. İmam Rza (ə) buyurur: "Əqiq yoxsulluq və ehtiyaclılığı aradan aparar”. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kimin əlində əqiq üzük olar, hacəti yerinə yetər”. Əqiq keçmiş zamanlarda müqəddəs daş hesab olunurdu və ona görə də onu həmişə yanlarında gəzdirirdilər. Əqiq elə bir daşdır ki, bəlanı insandan dəf edə bilir. Həmçinin ruzinin artmasına təsiri vardır. Əqiq daşın xüsuyyətlərindən biri də budur ki, mühitdə olan mənfi enerjiləri təmizləyə bilir. Ruha aramlıq və şadlıq gətirir. Ruhi narahatçılığı, qəmi və qüssəni aradan apara bilir. /Deyerler.org/ Oxşar xəbərlər
|