İMAM HƏSƏNDƏN (Ə) 12 HƏDİS
1. İmam Həsən (ə) buyurmuşdur:
مَنْ أَدامَ الاْخْتِلافَ إِلَی الْمَسْجِدِ أَصابَ إِحْدی ثَمان: آیةً مُحْکَمَةً وَ أَخًا مُسْتَفادًا وَ عِلْمًا مُسْتَطْرَفًا وَ رَحْمَةً مُنْتَظِرَةً وَ کَلِمَةً تَدُلُّهُ عَلَی الهُدی أَوْ تَرُدُّهُ عَنْ رَدًی وَ تَرْکَ الذُّنُوبِ حَیاءً أَوْ خَشْیةً "Daim məscidə gedən insan səkkiz faydadan birini əldə edər: 1. möhkəm ayə və nişanə; 2. bəhrələnə biləcəyi dost; 3. yeni elm və bilik; 4. gözlənilən ilahi rəhmət; 5. insanı doğru yola yönəldən söz (eşidəcək); 6. insanı alçaqlıq və çirkinlikdən uzaqlaşdıran söz (eşidəcək); 7. Allahdan utanıb günahları tərk etmək; 8. Allahdan qorxub günahları tərk etmək.” ("Tuhəful-uqul”, səh.2235; "Əl-mustədrək”, 3-cü cild, səh.359, hədis 3778.) 2. Nəql olunur ki, imam Həsən (ə) "Fitr” bayramı günü bir qrup adamın deyib-güldüyünü gördükdə buyurdu: اِنَّ اللّهَ جَعَلَ شَهْرَ رَمَضانَ مِضْمارا لِخَلْقِهِ فَیَسْتَبِقُونَ فیهِ بِطاعَتِهِ اِلی مَرْضاتِهِ فَسَبَقَ قَوْمٌ فَفازُوا وَ قَصَّر آخَرُونَ فَخابُوا "Allah Ramazan ayını bəndələri üçün müsabiqə ayı qərar verib. Bu ayda bəndələr Allahın razılığını qazanmaq üçün itaətləri ilə bir-birini ötməyə çalışarlar. Bəziləri öndə gedib nicat tapar, bəziləri isə geridə qalıb ziyana uğrayarlar.” ("Tuhəful-uqul”, səh.234; "Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh.511.) 3. İmam Həsən (ə) buyurmuşdur: وَ اعْمَلْ لِدُنْیاكَ كَأَنـَّكَ تَعیشُ أَبَدًا، وَ اعْمَلْ لاِخِرَتِكَ كَأَنـَّكَ تَمُوتُ غَدًا، وَ إِذا أَرَدْتَ عِزًّا بِلا عَشیرَة، وَ هَیبَةً بِلا سُلْطان فَاخْرُجْ مِنْ ذُلِّ مَعْصِیةِ اللّهِ إِلى عِزِّ طاعَةِ اللّهِ عَزَّ وَ جَلَّ "Dünyаn üçün еlә çаlış ki, sanki dünyаdа hәmişә qаlаcаqsаn. Ахirәtin üçün dә еlә çаlış ki, sanki sаbаh ölәcәksәn. Əgər qohum-əqrəbasız izzət və səltənətsiz şövkət istəyirsənsə, Allaha qarşı məsiyət zillətindən çıxıb Allaha itaət izzətinə daxil ol!” ("Bihаrul-әnvаr”, 44-cü cild, sәh.139.) 4. İmam Həsən (ə) buyurmuşdur: عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ فِي مَأْكُولِهِ كَيْفَ لَا يَتَفَكَّرُ فِي مَعْقُولِهِ فَيُجَنِّبُ بَطْنَهُ مَا يُؤْذِيهِ وَ يُودِعُ صَدْرَهُ مَا يُرْدِيهِ "Yeməyi hаqdа düşünən, ammа әqli еhtiyаclаrı hаqdа düşünməyən, bətnini zәrәrli qidalardan qoruyan, ammа qәlbini әn аlçаq əməllərlә dоlduran şəxsə tәәccüb еdirәm.” ("Bihаrul-әnvаr”, 1-ci cild, sәh.218.) 5. İmam Həsən (ə) buyurmuşdur: بَینَ الْحَقِّ وَ الْباطِلِ أَرْبَعُ أَصابِعَ، ما رَأَیتَ بِعَینَیكَ فَهُوَ الْحَقُّ وَ قَدْ تَسْمَعُ بِأُذُنَیكَ باطِلاً كَثیرًا "Haqq ilə batil arasında dörd barmaq qədər fasilə vardır; gözünlə gördüklərin haqq, qulağınla eşitdiklərinin çoxu isə batildir.” ("Tuhəful-uqul”, səh.229.) 6. İmam Həsən (ə) buyurmuşdur: إنَّ الدُّنْیا فى حَلالِها حِسابٌ، وَ فى حَرامِها عِقابٌ، وَفِى الشُّبَهاتِ عِتابٌ، فَأنْزِلِ الدُّنْیا بِمَنْزَلَهِ المیتَهِ، خُذْمِنْها مایَكْفیكَ "Həqiqətən, dünyanın halalının hesabı, haramının cəzası, şübhələrinin (halal-haramı bilinməyənin) isə qınağı vardır. Elə isə, dünyanı meyit kimi düşünün və ondan zərurət (ehtiyac) qədərində istifadə edin.” ("Biharul-ənvar”, 44-cü cild, səh.138, hədis 6.) 7. İmam Həsən (ə) buyurmuşdur: لا أَدَبَ لِمَنْ لا عَقْلَ لَهُ، وَ لا مُرُوَّةَ لِمَنْ لاهِمَّةَ لَهُ، وَ لا حَیاءَ لِمَنْ لا دینَ لَهُ "Ağlı olmayanın ədəbi olmaz, himməti olmayanın mürüvvəti (mərdliyi) olmaz və dini olmayanın həyası olmaz.” ("Biharul-ənvar”, 75-ci cild, səh.111, hədis 6.) 8. İmam Həsən (ə) buyurmuşdur: مَن عَرَفَ اللهَ أَحَبَّهُ وَ مَن عَرَفَ الدُّنيا زَهَدَ فِيهِ "Аllаhı tаnıyаn Оnu sеvәr, dünyаnı tаnıyаn isə onа rәğbәt bәslәmәz.” ("Mәcmuеyi-vәrrаm”, 1-ci cild, sәh.53.) 9. İmam Həsən (ə) buyurmuşdur: قال الامام الحسن المجتبی علیه السلام: مَكارِمُ الاَْخْلاقِ عَشَرَةٌ: صِدْقُ اللِّسانِ وَ صِدْقُ الْبَأْسِ وَ إِعْطاءُ السّائِلِ وَ حُسْنُ الخُلْقِ وَ الْمُكافاتُ بِالصَّنائِعِ وَ صِلَةُ الرَّحِمِ وَ التَّذَمُّمُ عَلَى الْجارِ، وَ مَعْرِفَةُ الْحَقِّ لِلصّاحِبِ وَ قِرْىُ الضَّیفِ وَ رَأْسُهُنَّ الْحَیاءُ "Əxlaqi gözəlliklər on xislətdən ibarətdir: 1. düzdanışmaq; 2. çətinlikdə sədaqət və doğruluq; 3. dilənçiyə bəxşiş etmək; 4. xoşəxlaqlılıq; 5. işlər müqabilində mükafat; 6. qohumlarla möhkəm əlaqə; 7. qonşuları himayə etmək; 8. Dostun haqqını tanımaq; 9. qonaqpərvərlik; 10. bütün bu xislətlərin başında duran xislət isə həyadır.” ("Asarus-sadiqin”, 62-ci cild, səh.892.) 10. İmam Həsəndən (ə) "mürüvvət (mərdlik) nədir?” – deyə soruşulduqda, o həzrət buyurdu: وَسُئِلَ عَنِ الْمُرُوَّةِ؟ فَقالَ عليه السلام : شُحُّ الرَّجُلِ عَلى دينِهِ، وَإ صْلاحُهُ مالَهُ، وَقِيامُهُ بِالْحُقُوقِ "Dinә (dini qanunları qoruyub-saxlamaq və onalara əməl etməyə) hәrislik, mаlı (haramdan) təmizləmək və insаnlаrın hаqqını riаyәt еtmәk.” ("Tühәful-uqul”, sәh.238.) 11. İmam Həsən (ə) buyurmuşdur: لا غِنى أَكْبَرُ مِنَ الْعَقْلِ وَ لا فَقْرَ مِثْلُ الْجَهْلِ وَ لا وَحْشَةَ أَشَدُّ مِنَ الْعُجْبِ، وَ لا عَیشَ أَلَذُّ مِنْ حُسْنِ الْخُلْقِ "Ağıldan böyük zənginlik, nadanlıq kimi yoxsulluq, xudbinlikdən şiddətli qorxu və xoşəxlaqlılıqdan ləzzətli həyat yoxdur.” ("Biharul-ənvar”, 75-ci cild, səh. 111, hədis 6.) 12. İmam Həsən (ə) buyurmuşdur: هَلاكُ النّاسِ فى ثَلاث: أَلْكِبْرُ، أَلْحِرْصُ، أَلْحَسَدُ فَالْكِبْرُ هَلَاكُ الدِّينِ وَ بِهِ لُعِنَ إِبْلِيسُ وَ الْحِرْصُ عَدُوُّ النَّفْسِ وَ بِهِ أُخْرِجَ آدَمُ مِنَ الْجَنَّةِ وَ الْحَسَدُ رَائِدُ السُّوءِ وَ مِنْهُ قَتَلَ قَابِيلُ هَابِيلَ "İnsanların həlakəti üç işdədir: təkəbbürlülük, hərislik və həsəd. Təkəbbürlülüklə din aradan gedir və onun vasitəsilə İblis lənətə düçar oldu. Hərislik insan canının düşmənidir və onun vasitəsilə Adəm (ə) behiştdən çıxarıldı. Həsəd isə pisliklərin mənşəyidir və onun vasitəsilə Qabil (öz qardaşı) Habili qətlə yetirdi.” ("Biharul-ənvar”, 75-ci cild,səh.111.) Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|