Bədr döyüşü müsəlmanların ilham və şücaət qaynağı
Bu döyüş Ramazan ayının 17-də hicrətin ikinci ilində baş verib ( miladi 624-13 mart).
Bədr savaşı demək olarki müsəlmanlarla məkkəlilər arasında birinci döyüşdür. Həm də həlledici bir döyüş. Bu döyüş Məkkə ilə Mədinə şəhərləri arasında yerləşən bədr quyularının ətrafında olduğu üçün Bədr döyüşü adlanır. Bədr döyüşü müsəlmanların məkkəlilərin təzyiqlərinə etiraz olaraq Əbu Süfyanın Şamdan gələn karvanına hücum etməklə başlamışdır. Bu döyüşdə müsəlmanlar 313 nəfər olublar, iki atları və 70 dəvələri olub. Qureyşlilər isə təqribən müsəlmanlardan üç dəfə artıq minə yaxin döyüşcü, 200 atları oıub. Döyüş müsəlmanların qələbəsi ilə, məkkəlilərin başcısı Əmr ibni Haşimin qətli ilə sona yetdi. Allah Təala Qurani Kərimdə bədr savaşını xatırladır və bu döyüşdə Özünün xüsusi inayəti olduğunu, bununlada müsəlmanlara bir rəhmət, kömək olduğunu qeyd edir. (Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun! Ali-İmran-123 Bədr döyüşü tarixi bir savaşdır. Bu döyüş müsəlmanlara nə verdi? Bu savaş bir necə mühüm faydası oldu ki o fayadalar həm döyüş vaxtına həm də başqa zamanlara aiddir. O dövüş üçün faydası oldu ki, müsəlmanlar öncə Allaha güvənməyi, peyəmbərə (s) itaəti öyrəndilər. Az bir dəstə ilə çoxa qalib olmağın mümkünliyini öyrəndilər. Həm də ki o dövürdə yeni formalaşan bir dövlətin şanı, şöhrəti ətraflara yayılmağa başladı. Bu da öz növbəsində müsəlmanlarla hesablaşmaq demək idi. Bu da böyüməkdir. Kecmiş hər zaman müdrük, ağıllı adamlar üçün ibrətdir. Bu döyüş həm də gələcək mömünlər üçün dərsdir, onlar üçün bir məktəbdir, bir ilham qaynağıdır. Necəki Quran Kərim buyurur: Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz! (Ali İmran-140) Oxşar xəbərlər
|