İSTİĞFARIN TƏSİRİ
Ramazan ayının günlərində oxunan dualarda oxuyuruq: "Bu peşmançılıq ayıdır, tövbə ayıdır, cəhənnəm alovundan azad olma ayıdır". ("Əl-Kafi fi əl-üsul", c. səh. 75) Bu ay istiğfar, tövbə, Allaha qayıdış ayıdır. İstiğfar, bağışlanma diləmək, günahların Allah tərəfindən əfvini istəməkdir. Bu istiğfar əgər doğru başa düşülərsə, insanın üzünə ilahi bərəkət qapısı açar. Bir fərdin, bir insan cəmiyyətinin ehtiyacı olduğu ilahi lütflərin – ilahi inayətlər, ilahi mərhəmət, ilahi nuraniyyət, ilahi hidayət, Allah tərəfindən müvəffəqiyyət, işlərdə yardım, müxtəlif sahələrdə nailiyyətlərin – yolu işlətdiyimiz günahlar səbəbi ilə bağlanır. Günah, bizimlə ilahi mərhəmət, ilahi lütf arasında hicab, örtük olur. İstiğfar bu hicabı aradan qaldırır. Qarşımızda Allahın mərhəmət, lütf yolu açılır. Bu, istiğfarın faydasıdır. Buna görə də siz Quranda görürsünüz ki, istiğfarın dünyəvi və bəzən də axirət faydaları qeyd olunur. Misal üçün, "Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim dəvətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram” ("Hud”, 3) "Ey camaatım! Rəbbinizdən bağışlanma diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu (fasiləsiz) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!” ("Hud”, 52). Bütün bunlar hamısı belə başa düşülür ki, bu ilahi lütflərin yolu istiğfarla ruh və cismin üzünə, bəşəri cəmiyyətin üzünə açılır. Buna görə də istiğfar mühümdür.Ayətullah Seyid Əli Xamenei Oxşar xəbərlər
|