Qədr gecəsində necə dua etmək lazımdır?
Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?
Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "Ey Həmmad! Qüsl etmisən?”. Dedim: "Bəli, qurbanın olum!”. Həsir istədi və mənə buyurdu: "Mənim yanıma gəl və namaz qıl”. İmam (ə) davamlı olaraq namaz qılırdı və mən də onun kənarında namaz qılırdım. Namazlardan ayrılandan sonra dua etməyə başladı, mən də onun duasına "Amin!” deyirdim, o zamana qədər ki, dan yeri söküldü. (Yəni, bu gecədə bir yerdə dua edib, "Amin!” demək lazımdır). O, imam-camaat durdu və bir yerdə sübh namazını qıldıq”. Abdullah ibni Yazid nəql edir: "Aişə Peyğəmbərə (s) deyir: "Ey, Allahın Peyğəmbəri! Əgər Qədr gecəsini dərk etsəm, nə dua edim?”. Peyğəmbər (s) buyurur: "Ondan salamatlıq istə”. İmam Həsən Müctəba (ə) bu gecədə belə dua edərdi: "Ey, o Kəs ki, aşkar olmağın gizlidir. Ey, o Kəs ki, gizli olmağın aşkardır. Ey, o gizli ki, aşkar deyil. Ey, o aşkar ki, görünməzdir. Ey, o Kəs ki, heç bir şərh edən varlığının həqiqətinə çatmaz. Ey, o Qaib ki, itəsi deyildir. Ey o Hazır ki, görünən deyildir. Göylər və yer və o şeylər ki, onların arasındadır, hətta bir göz qırpımı qədər Ondan ehtiyacsız deyildir. Nə necəliyi dərk olunar, nə də harada olmağına görə yeri bəyan olunar. Sənin hər bir şeyə əhatən vardır”. (Bundan sonra dualarını istəyərdi). İmam Baqir (ə) buyurur: "Ramazan ayının üç gecəsində Quranı götürürsən, açırsan, qarşına qoyub deyirsən: "Allahım! Səni and verirəm nazil etdiyin Kitaba və onda olanlara. Məni atəşindən azad olanlardan qərar ver! (Ondan sonra nəzərinə gələn hər bir ehtiyacına görə dua edirsən)”. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Quranı götür və onu başına qoyub de: "Allahım! Bu Quranın haqqına və o kəsin haqqına ki, onu Quranla məbus etmisən, hər möminin haqqına ki, onu Quranda mədh etmisən və onların üzərində olan haqqına görə Sənə and verirəm özünə görə, ey Allahım! (Ondan sonra 14 Məsumu (ə) vasitə qərar verirsən və hacətlərini istəyirsən)”. /Deyerler.org/ Oxşar xəbərlər
|