Qədr gecələrində Allahdan nə istəyək?
Mьəllif: admin1
Tarix: 29-03-2024, 12:17
Qədr gecələrində Allahdan nə istəyək?
Mübarək Qədr gecələri gəldi, möminlərin dərdi, arzusu da dilə gəldi. Hər kəs Allahın dərgahına üz tutaraq, diləyini, hacətini diləyir. Əksəriyyəti iki mühüm sual düşündürür: Bu gecələrdə Allahdan nə diləsək yaxşıdır və necə istəyək ki, istəyimizə qismən də olsa nail olaq?

Afiyət diləyək:

Bu suala peyğəmbərdən yaxşı kim cavab verə bilərdi, ondan yaxşı hidayətçi kim ola bilərdi? Elə isə söhbəti çox uzatmayaq, keçək əsas mətləbə. Allaha şükür bu barədə peyğəmbərimizdən nəql olunmuş bir hədis var və onu təqdim etməklə düşünürəm sualın cavabı çoxlarına aydın olar.

Səhabələri peyğəmbərdən "Qədr gecələri Allahdan nə diləyək” deyə soruşduqda, Həzrət (s) buyurdu: "Allahdan afiyət diləyin”.

Afiyətin mənası nədir? Zahirdə salamatçılıq, sağlamlıq anlamına gəlir. Amma ustadlardan biri peyğəmbərin bu sözünə belə açıqlama vermişdir: "Afiyətin ziddi xəstəlikdir. Pis övlad da afiyətin ziddidir.

Eləcə də pis qonşu afiyətin ziddi ola bilər.Problemlərin məngənəsində sıxılmaq, borcu olmaq da, elə, xəstəlik kimi bir şeydir və afiyətin ziddidir. Abırsızlıq, şəxsiyyətin sınması – bir sözlə hər pis şey xəstəlik və afiyətin ziddidir. Deməli Allahdan afiyət diləmək, hər şeyi istəmək anlamındadır. Əlbəttə qeyd olunan bu mənaları dərk edərək afiyət istəmək lazımdır.

İkinci bir sual budur ki, istəyimizi Allahdan necə istəyək? Yenə dəd usta ariflərdən biri sualı belə cavablandırır: Bir şəxs sənə hər zaman yaxşılıq etmişsə, hər zaman səninlə səmimi, xoş münasibtədə olmağa çalışmışsa, əvəzində sən ona düşmənçilk etmiş, onun əksinə getmişsənsə, belə olan halda, ondan bir şey istəyərkən, əvvəl nə etməlisən? Harda ilişmişik? Nə edək?

İlk sözümüz o şəxsin yanına gedəndə nə olmalıdır? Belə bir bənzətmə ilə suala cvab tapa bilərik. İlk olaraq, o şəxsin yanında öz səhvlərimizi etiraf etməli, deməliyik ki, sənin etdiyin bütün yaxşılıqlara baxmayaraq, mən sənə pis olmuşam. Amma sən gəl yenə böyüklük göstər, keç bu günahımdan, bağışla məni. Bundan sonra adamın üzü olsun ki, xahişini dilə gətirsin. Ən azı ədəb qaydaları belə tələb edir.

Duanın yolu:

Digər bir məsələ duanın öz yolu ilə getməkdir. Yəni yolu itirməyək. Bu məsələnin izahına diqqət edək:

Bir nəfər gəlir İmam Sadiqin yanına, deyir: "Mən nə qədər dua edirəm, amma duam qəbul olmur. Niyə belə olur? Axı, Allah deyir siz dua edin, mən də duanızı qəbul edim. Bu sözü Allah özü deyir. Bəs, biz istəyirik, niyə bizə vermir?” İmam cavab verir: "Sən duanın yolunu itirmişsən. Duanın öz yolu var «وَ لَوْ دَعَوْتُمُوهُ مِنْ جِهَةِ الدُّعَاءِ لَأَجَابَکُمْ»

«وَ لَوْ دَعَوْتُمُوهُ مِنْ جِهَةِ الدُّعَاءِ لَأَجَابَکُمْ وَ إِنْ کُنْتُمْ عَاصِینَ» Əgər duanın öz yolu ilə getsən, günahkar olsan belə, Allah duanı qəbul edər.”

Tövbə və üzürxahlıq:

İmam Sadiq o şəxsə tapşırıq verir, deyir: Öncə, Allahın şəninə tərif və alqış söylə, sonar bir-bir öz günahlarını etiraf et «ثُمَّ تَعْتَرِفُ بِذُنُوبِکَ ذَنْبٍ ذَنْبٍ» Səncə Etdiyin günahları sayıb qurtara bilərən? Məgər olası işdir bu? (

Yəni bildiyimiz günahlar bir tərəfə, bizə gizli olan, xəbərimiz olmayan o qədər günahlarımız var ki) Sonra tövbə et, ürəyində qərara gəl, söz ver ki, bir daha o günahları etməyəcəksən.

Allahdan bu işdə sənə kömək etməsini istə. Gələn ildə belə günahlara düşməmək üşün sənin əlindən tutmasını dilə. Bunu etdikdən sonar əmin ol ki, Allah səni bağışlayacaq.”

Bəli, yetər ki, diqqətin ani də olsa, Allahda təmərküzləşsin, Ona yönəlsin.

Allah bizə həqiqi tövbə nəsib etsin.

Füzuli Şəfiyev ilahiyyatçı
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031