İmam Zamanın (ə.f) mübarək varlığından faydalanmağın 3 növü
İmam Zamanın (ə.f) varlığının bərəkəti və xeyiri o qədər çoxdur ki, hətta dünyasını dəyişənlər belə ondan faydalana bilirlər.
İmamın (ə.f) mübarək varlığından bəhrələnmək bir neçə cür olur: Birinci növ: Həzrətin (ə.f) varlığının faydası, istər qaib olsun, istərsə də zahir iki cürdür: 1. Bütün xəlq onda şərikdirlər. Dünyada yaşamaq kimi. Hamı İmamın (ə.f) varlığının bərəkətindən faydalanar. 2. Elmi feyz və rəbbani inayətlər ki, ancaq möminlərə aiddir. İkinci növ: Həzrət (ə.f) qeybdə olan zaman varlığından faydalanmaq. Bu da iki cür olur: 1. Möminlərə məxsusdur və onlar çoxdurlar. O cümlədən İmam Zaman ağanın (ə.f) zühurunun intizarında olmağın savabı kimi. Həmçinin qeyb zamanı malik olduqları səbrin savabı da ona aiddir. Belə bir zamanda onların savabları ikiqat olar. 2. Kafirlər və münafiqlərə məxsusdur. O da əzablarını təxirə salmaq və ya möhlət verilməsidir. Üçüncü növ: İmamın (ə.f) zühuru zamanı ondan faydalanarlar. O da iki cürdür: 1. Bütün xəlqə və məxluqlara şamil olar. Ədalətin zühuru, nurun yayılması, dünyada əmin-amanlığın olması, yerin bərəkətinin zühur etməsi, heç bir zəhərli heyvanın insana ziyan vurmaması kimi. 2. Möminlərə məxsusdur. O da iki cürdür: a) Həzrətin şəfərli hüzurundan bəhrələnmək, onun nurundan istifadə etmək, ondan elm öyrənmək, bədəndə olan xəstəliklərin və problemlərin aradan qalxması kimi. b) Ölülərə aid. İmam (ə.f) zühur edən zaman bu sevinc o qədər böyük olacaqdır ki, hətta qəbirlərə belə daxil olacaqdır. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Möminlər Allahın (bu) yardımına görə sevinərlər. Allah buyurur: "Qəbirlərində Qaimin (ə.f) zühuruna görə şad olarlar””. Həmçinin o möminlər ki, İmamı (ə.f) görmədən dünyalarını dəyişiblər və İmamın (ə.f) zühurunun həsrətini çəkiblər, İmam Zaman ağanın (ə.f) zühuru zamanı onlar qəbirlərindən qalxar və dirilərlər. /Deyerler.org/ Oxşar xəbərlər
|