Qədr gecəsində qılınan 2 rükət namazın, oxunan Quranın, alınan qüslün, saxlanan əhyanın və digər əməllərin savabı
İmam Sadiq (ə) buyurur: "Əgər kimsə Ramazan ayının 23-cü gecəsində "Qədr” surəsini min dəfə oxuyarsa, səhər olan zaman yəqini daha möhkəm olar”.
Həzrət Peyğəmbər (s) bu gecədə edilən əməllər haqqında buyurur: "O kəs ki, Qədr gecəsini ibadətlə əhya saxlayarsa, imanlı və sabir olarsa - Allah keçmiş günahlarını bağışlayar”. Həzrət Peyğəmbər (s) buyurur: "Həzrət Musa (ə) Allaha etdiyi münacatda buyurur: "Allahım, mən Sənin qürbünü istəyirəm”. Allah buyurur: "Mənim qürbüm o kəs üçündür ki, Qədr gecəsində oyaq olar.” Deyir: "Allahım, rəhmətini istəyirəm”. Allah buyurur: "Rəhmətim o kəslərə şamildir ki, Qədr gecəsində möhtaclara rəhm edər”. Deyir: "Allahım, mən Siratdan keçmək iznimi istəyirəm”. Allah buyurur: "Bu icazə o kəs üçün olar ki, Qədr gecəsində sədəqə verər”. Deyir: "Allahım, mən behişt ağaclarını və meyvələrini istəyirəm”. Allah buyurur: "Bu nemət o kəslər üçündür ki, Qədr gecəsində təsbihlə məşğuldurlar”. Deyir: "Allahım, mən atəşdən nicat istəyirəm”. Allah buyurur: "Nicat o kəslər üçündür ki, Qədr gecəsində istiğfarla məşğuldurlar”. Deyir: "Allahım, mən Sənin rizanı istəyirəm”. Allah buyurur: "Mənim rizamı o kəs cəlb edər ki, Qədr gecəsində iki rükət namaz qılar””. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Qədr gecəsində iki rükət namaz qılar, "Həmd”dən sonra 7 dəfə ("Tövhid” surəsini) oxuyar və namaz bitəndən sonra 70 dəfə ("Əstəğfirullahə və ətubu iləyh”) deyər, yerindən qalxmamış Allah onu, ata və anasını bağışlayar. Mələk göndərər ki, həsənələrini gələn ilə qədər yaddaş etsin. Başqa bir mələyi vəzifələndirər ki, behiştdə onun üçün ağac əksin və qəsrlər inşa etsin ki, oradan çaylar axar. Dünyadan getməz o zamana qədər ki, Allahın bu lütfünü öz haqqında müşahidə edər”. İmam Baqir (ə) buyurur: "O kəs ki, Ramazan ayının 23-cü gecəsini əhya saxlayar, yüz rükət namaz qılar, Allah onun ruzisini artırar. Düşməni qarşısında kifayət edər, qərq olmaqdan, oğurluqdan ona pənah verər. Münkərlə Nəkirin qorxusunu ondan uzaqlaşdırar və qəbrindən o halda çıxar ki, nuru məşhər əhli üçün parıldayar və əməl dəftərini sağ əlinə verərlər. Atəşdən, Siratdan azadlıq və əzabdan amannamə ona verilər. Hesab vermədən behiştə daxil olar. Behiştdə peyğəmbərlərin (ə), siddiqlərin, şəhidlərin, salehlərin rəfiqi olar”. İmam Rza (ə) buyurur: "O kəs ki, iftar zamanı bir parça çörəyi yoxsula sədəqə verər, Allah onun günahlarını bağışlayar”. İmam Sadiq (ə) buyurur: "O kəs ki, Ramazan ayında sədəqə verər, Sübhan Allah 70 növ bəla və giriftarlığı ondan uzaq edər”. İmam Musa ibni Cəfər (ə) buyurur: "O kəs ki, Qədr gecəsində qüsl alar və sübhə qədər əhya saxlayar, günahları bağışlanar”. İmam Sadiq (ə) buyurur: "O kəs ki, Qədr gecəsində "Ənkəbut” və "Rum” surəsini oxuyar, o, istisnasız behişt əhlidir”. /Deyerler.org/ Oxşar xəbərlər
|