İnsanın dünya və axirətində dərin iz buraxan 5 müstəhəb əməl
Mьəllif: admin1
Tarix: 18-06-2017, 23:35

İnsanın dünya və axirətində dərin iz buraxan 5 müstəhəb əməl 

İslam dinində müstəhəb əməllər xüsusi əhəmiyyətə malikdir. Müstəhəb əməlləri yerinə yetirmək – yeməyin duzu kimidir. Yeməyi duzsuz da yemək olar, ancaq ləzzətsiz olar. Vacib əməllər o zaman daha ləzzətli olur ki, müstəhəb əməllə bir yerdə yerinə yetirilsin.

İmam Baqir (ə) buyurur: "O zaman ki, Peyğəmbəri (s) meraca aparırlar onunla Allah arasında söhbətlər olur. Aləmlərin Pərvəridigarı buyurur: "Həqiqətən, Mənim bəndəm müstəhəblər vasitəsilə Mənə yaxınlaşar, o yerə qədər ki, Mən onu sevərəm. Onu sevdiyim üçün onun qulağı olaram ki, onunla eşidər, gözü olaram ki, onunla görər, dili olaram ki, onunla danışar, əli olaram ki, onunla alar. Əgər çağırarsa – yerinə yetirərəm, əgər Məndən xahiş etsə - ona verərəm”. 

Bunu qeyd etmək lazımdır ki, müstəhəb əməllər o demək deyildir ki, vacibları tərk edəsən və ancaq onunla məşğul olasan. Müstəhəb əməl o zaman dəyərli olur ki, vacib əməllərlə bir yerdə yerinə yetirilsin.

5 mütəhəb əməl vardır ki, yerinə yetirən zaman dərin izlər buraxır və onları tanıyaq.

1. Dili qorumaq. Sükut o deməkdir ki, dilini yersiz sözlərdən saxlayasan. İnsan harada olursa-olsun, dilini qorumağı bacarmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman mömini sakit görsəniz, ona yaxınlaşın ki, sizə elm və hikmət təlqin edər. Mömin az danışar və çox əməl edər. Münafiq çox danışar və az əməl edər”. Əmirəl-möminin (ə) buyurur: "Çoxlu susmağı seç ki, fikrin çoxalsın və ağlın nurani olsun. İnsanlar sənin əlindən sağlam qalsınlar”.

2. Çox yeməmək. Çox yemək insanı dünya və axirətdən qafil edər. Belə bir insanın bədəni həmişə xəstə olar. Tənbəllik və süstlük ona qalib gələr. Çox yemək insanı gecə namazından və mütaliələrdən saxlayar. Çox yeyən insan Allahın ən nifrət etdiyi insandır. "Allah yanında ən nifrət olunan insan o kəsdir ki, çoxlu yatar və çoxlu yeyib-içər”.

3. Gecə oyaq qalmaq. Müsəlman gərək gecə ibadətlərinə xüsusi əhəmiyyət versin. Alimlərdən biri nəql edir ki, İmam Zaman ağanın (ə.f) xidmətinə gedən zaman mənə buyurdu: "Bizim davamçılarımız üçün ardır ki, gecə namazı qılmasınlar”.

"Ələq” surəsi nazil olandan və İmam Əli (ə) ilə Həzrət Xədicə (s.ə) iman gətirdikdən sonra Peyğəmbərin (s) bədəninə yorğunluq hakim olur. Bir qədər uzanır ki, istirahət etsin. Bu zaman Cəbrayil (ə) gəlir və bu ayəni təqdim edir: "Ey libasına bürünmüş. Gecə – az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx!”. ("Muzzəmmil” 1-2).

4. Yersiz məclislərdən çəkinmək. Əmirəl-möminin (ə) buyurur: "Mömin ülfət bağlayar. O kəs ki, nə ülfət bağlayar və nə ülfəti qəbul edər – xeyirdən uzaq olar”. Yersiz məclislərdən çəkinmək dedikdə, inzivaya çəkilmək nəzərdə tutulmur. O məclislər nəzərdə tutular ki, insana bir xeyir gətirmir və əksinə - günaha batması üçün zəminələr hazırlayır, insanın o məclislərdən uzaqlaşması lazımdır.

5. Davamlı zikr demək. Qurani-Kərim buyurur ki, mömin gərək davamlı olaraq zikr desin. "Ey iman gətirənlər, Allahı çox zikr edin! Ona hər səhər və axşam təsbih deyin”. ("Əhzab” 41-42).

Mömin gərək Allahla rabitəsini kəsməsin və aşkarda, xəlvətdə Allahı davamlı olaraq zikr etsin. İmam Sadiq (ə) buyurur: "Allahın xəlqi üçün vacib etdiyi ən çətin şey – Allahı çoxlu zikr etməkdir. Məqsədim ancaq "Sübhənallah, Əlhəmdulilləh, Lə iləhə illəllah, Allahu Əkbər” demək deyildir. Baxmayaraq ki, bunlar da zikrdir. Məqsəd – əməli zikrdir. Allahı halal və haram buyurduqlarında yada salmaqdır. Əgər Allaha itaətdirsə - əməl etsin və əgər günahdırsa – tərk etsin”.

 

/Deyerler.org/


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031