Qiyamətin gəlməsinin tezləşməsi üçün dua edən kimdir?
İmam Kazım (ə) buyurur: "Möminə qəbrində deyilər: "Sənin Allahın kimdir?”. Cavab verər: "Allah”. Deyilər: "Dinin nədir?”. Cavab verər: "İslam”. Deyilər: "Sənin peyğəmbərin kimdir?”. Deyər: "Muhəmməd (s)”. Deyilər: "Sənin İmamın kimdir?”, Deyər: "Əli (ə)”. Deyilər: "Onları necə tanıdın?”. Deyər: "Allah məni ona hidayət etmiş və məni onda sabit etmişdir”. Deyilər: "Yat, gəlin kimi aram yuxu ilə ki, ondan ayılmaq yoxdur”. Sonra üzünə behiştin qapısını açarlar və ruhu ora daxil olar. Ondan sonra deyər: "Ey Pərvərdigarım! Qiyaməti bərpa etməkdə əcələ et ki, malıma və ailəmə qayıdım”. Kafirə deyilər: "Sənin Allahın kimdir?”. Deyər: "Allah”. Deyilər: Dinin nədir? Deyər: "İslam”. Deyilər: "Peyğəmbərin kimdir?”. Deyər: "Muhəmməd (s)”. Deyilər: "Onu necə tanıdın?”. Deyər: "İnsanlardan eşitmişəm ki, belə deyirdilər, ona görə mən də demişəm”. Deyilər: "Sənin imamın və vəlin kimdir?”. Deyər: "Bilmirəm”. Ona görə də ona gürzlə vurarlar ki, bütün insanlar və cinlər ona dözməyə qadir deyildirlər. İmam (ə) sonda buyurur: "Sonra əriyər, necə ki, qurğuşun əriyər. Ondan sonra ruhunu ona qaytararlar və qəlbini atəşdən olan iki lövhə arasında qərar verərlər. Bu zaman deyər: "Pərvəridigar! Qiyamətin bərpasını təxirə sal!””. (Həvzəh) Allah Təala bizləri Qiyamətin tez gəlməsini istəyənlərdən qərar versin, inşəallah.
/Deyerler.org/ Oxşar xəbərlər
|