AMAN O GÜNÜN HƏSRƏTİNDƏN!!!
Mьəllif: admin1
Tarix: 19-06-2017, 10:38

AMAN O GÜNÜN HƏSRƏTİNDƏN!!!

 "Yəvmul-həsrət” – "Həsrət günü” qiyamətin adlarından biridir. Yəni insan qiyamət günü "Nə üçün fılan işi yerinə yetirdim? Nə üçün fılan işi yerinə yetirmədim? Kaş ki, bu işi yerinə yetirərdim! Kaş ki, o işi yerinə yetirməzdim!” – deyə təəssüflənəcək, həsrət çəkəcək. Bir sözlə, həmin gün, hey özünü qınayacaq, danlayacaq, əməllərini çək-şevir edəcək və həsrətlə barmağını çeynəyəcək...

O zaman namazı ilk vaxtda qılmağın dəyər və qiymətini gördükdə təəssüflənəcək: "Axı nə üçün namazlarını vaxtında qılmadı!?”

Mübarək Ramazan ayının vacib orucunu və digər müstəhəb oruclara veriləcək savabın nə qədər böyük və dəyərli olduğunu gördükdə, "Nə üçün o isti günlərdə oruc tutmadım və yalan bəhanələrlə başqasını deyil, yalnız özümü aldatdım, üzrsüz yerə orucu yedim?!” – deyə həsrətlə başını aşağı dikəcək!

Ata-anaya ehtiramın qiymətini müşahidə etdikdə qüssələnəcək və öz-özünə "Necə də rahatlıqla ata-anaya ehtiram və qayğı sayəsində bu günə çoxlu ehtiyat toplaya bilərdim, amma...!” – deyə özünü qınayacaq.

O zaman əməl dəftərinə bir nəzər yetirəcək, dili ilə yerinə yetirdiyi nə qədər günahların yazıldığını müşahidə etdikdə, qəm-qüssəsi daha da atracaq, təəssüflənəcək!

Halal malın qiymətini müşahidə etdikdə, həsrətindən boğulacaq: "Axı nə üçün dünyada zikrim-fikrim var-dövlət toplamaq oldu! Nə üçün halallar haqda düşünmədim?!”

Qurani-Kərimdə zülmkar zümrələrin həsrəti belə təsvir olunur:

وَ یَوْمَ یَعَضُّ الظَّالِمُ عَلَى یَدَیْهِ یَقُولُ یَا لَیْتَنِی اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِیلًا

"O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım!”("Furqan” surəsi, ayə 27.)

یَا وَیْلَتَى لَیْتَنِی لَمْ أَتَّخِذْ فُلَانًا خَلِیلًا

"Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim!” ("Furqan” surəsi, ayə 28.)

لَقَدْ أَضَلَّنِی عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءنِی وَ كَانَ الشَّیْطَانُ لِلْإِنسَانِ خَذُولًا

"And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).” ("Furqan” surəsi, ayə 29.)

Əfusus, yüz əfsus ki, o günün həsrəti bir fayda verməyəcək! Arıtq, insan o gün qalaq-qalaq sorğulara cavab vermək, əməllərinin hesab-kitabını vermək məcburiyyətində qalacaq, pis əməllərinə və günahlarına görə ilahi qəzəb və əzabla üzləşməli olacaq. Qurani-Kərimin "Zumər” surəsinin 56-cı ayəsində insanın qiyamət günü "Vay halıma!” – deyərək həsrət çəkəcəyi an belə vəsf olunur:

أَن تَقُولَ نَفْسٌ يَا حَسْرَتَى علَى مَا فَرَّطتُ فِي جَنبِ اللَّهِ وَإِن كُنتُ لَمِنَ السَّاخِرِينَ

"(Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edənlərdən idim!” – deməsin.” ("Zumər” surəsi, ayə 56.)

Mehriban və bağışlayan Allahdan istəyək ki, qiyamətin sorğu-sualı və hesab-kitabından öncə bizə öz əməllərimizin mühasibəsinə yetişmək tofiqatını əta etsin ki, qiyamət günü həsrət çəkəkənlər zümrəsindən olmayaq!

Rza Şükürlü (maide.az)

 

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930