Həzrət Aminənin (s.ə) vida sözləri
Mьəllif: admin1
Tarix: 19-06-2017, 21:45

 Həzrət Aminə xəstələnmişdi. Ətrafında olanlar yaxşı bilirdilər ki, ömrünə az qalmışdır.

Aminənin gözəl üzünün rəngi qızdırmanın şiddətindən dəyişmişdi. Gözlərini bəzən bağlayır və bəzən də yeganə övladı olan Həzrət Muhəmmədə (s) nəzər salırdı.

Həzrət Muhəmmədin (s) o zaman 6 yaşı var idi. Ancaq yaşının az olmasına baxmayaraq, vüqarla danışır və rdi. vüqarla yol gediərdi. Onun yaşında olan uşaqlar belə deyildilər. Aminə ömrünün son dəqiqələrinə yaxınlaşırdı. 

Qohumları ətrafında toplaşmışdılar. O, yorğun gözlərini açdı və Həzrət Muhəmmədin (s) əlini götürüb dedi: "Əgər yuxuda gördüklərim doğrudursa, ey mənim oğlum, sən o peyğəmbər olacaqsan ki, Allah onu dünya insanlarını tövhidə dəvət etmək üçün məbus edəcəkdir.

Sən saleh əməl sahibi olan atan İbrahimin (ə) dinini yaymaq üçün seçilmisən. Allah səni insanların pərəstiş etdiyi bütləri sevməkdən saxlamışdır.

Hər bir canlı insan bir gün öləcəkdir. Hər bir yeni varlıq bir gün köhnələcək və cürüyəcəkdir. Hər bir ad bir gün aradan gedəcəkdir. Mən də tezliklə öləcəyəm. Ancaq adım həmişəlik qalacaqdır. Çünki özümdən sonra sənin kimi gözəl övladı yadigar qoyub gedirəm”.

Həzrət Muhəmməd (s) anasının əlini tutmuş halda anasının nəcib gözlərini gördü ki, həmişəlik olaraq bağlandı.

 

/Deyerler.org/

 

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031