Nicat tapmaq üçün möhkəm kəndir
"Və kim yaxşı əməl sahibi olub, özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir. (İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar)”. ("Loğman” 22). Əgər insan bütün varlığı ilə Allaha üz tutarsa və onun əmrlərinə təslim olarsa, möhkəm İlahi kəndirdən yapışmış olar ki, ona nicat verər. Hər kim maddiyatçılığın dərin dərəsindən nicat tapıb mənəviyyatın uca qalasına qalxmaq istəyirsə, gərək möhkəm kəndirə malik olsun. Bu möhkəm kəndir – Allaha iman və saleh əməllərdir. İnsanın səadəti iki şeydən asılıdır: etiqadından və əməlindən. Onların hər biri o birisinə təsir qoya bilir. O kəs ki, əməlini imanla birləşdirə bilərsə, Allahın möhkəm kəndirini əldə etmiş olar. (Həvzəh) Bu mübarək ayədən çıxartdığımız nəticələr: 1. Nicat üçün möhkəm kəndir – iman və saleh əməldir. 2. Nicat və saədət iki şeydən asılıdır: etiqad və əməldən. 3. Hər bir sahədə Allaha təslim olun ki, bütün işlərin sonu Ona tərəf qayıdır.
/Deyerler.org/ Oxşar xəbərlər
|