Ən adil insanın tanıtımı
İmam Əli (ə) buyurur: "Ədalətin dörd bölməsi vardır: çoxlu elm, aydın hikmət, mürəkkəb dərk, səbir”.
Ona görə də deyə bilərik ki, hər kimin dərki olar, bütün elmləri şərh edə bilər. Hər kim elmli olarsa, hikmət bulaqlarını tanıyar. Hər kim səbirli olarsa, öz işlərində səhlənkar olmaz. İnsanların arasında xoş ad qazanar. İmam Əli (ə) buyurur: "Hər kimin gizlisi aşkarı ilə eyni olar, rəftarı danışığına uyğun olar – o, həmin kəsdir ki, əmanəti vermiş və ədaləti həyata keçirtmişdir”. İmam Sadiq (ə) ədalətli insanı bizə belə tanıdır: "(Ədalətli insan) o kəsdir ki, gözlərini harama bağlayar, dilini günahdan və əlini insanların malından (saxlayar)”. Ən adil insan kimdir? Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim insanlarla rəftarda onlara zülm etməzsə, yalan deməzsə, verdiyi sözdən boyun qaçırtmazsa – comərdliyi kamil, ədaləti aşkar, onunla qardaş olmaq vacib və qeybəti haram olar”. İmam Əli (ə) buyurur: "Ən adil insan o kəsdir ki, ona zülm etmiş kəslə insafla rəftar edər”. İmam Əliyə (ə) sual verirlər ki, ədalət üstündür, yoxsa bağışlamaq? İmam (ə) buyurur: "Ədalət hər şeyi öz yerinə qoyar. Bağışlamaq isə bir şeyi öz cəhətindən xaric edər. Ədalət hərtərəfli siyasətdir. Ancaq bağışlamaq xüsusi bir haldır. (Bir fərdə və ya bir neçəsinə şamil olar). Ona görə də ədalət daha üstündür”. İmam Sadiq (ə) buyurur: "Əgər insanların arasında ədalət bərqərar olarsa, hamı ehtiyacsız olar. Allah Təalanın izni ilə səma öz ruzisini yerə endirər. Torpaq öz bərəkətini bayıra tökər”. Ədalət – hər bir möminin malik olmalı ən üstün sifətlərdəndir və bizim üçün ədalətin örnəkləri – Məsumlarımızdır (ə). /Deyerler.org/ Oxşar xəbərlər
|