İnsan duanı bütün vücudu ilə etməlidir, təkcə dili ilə deyil
Mьəllif: admin1
Tarix: 5-06-2024, 10:36
İnsan duanı bütün vücudu ilə etməlidir, təkcə dili ilə deyil
"Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar”. ("Bəqərə” 186).

Həzrət Peyğəmbərə (s) sual verirlər ki, Allah bizə yaxındırsa, sakit səslə münacat edək? Əgər uzaqdırsa, yüksək səslə Onu çağıraq? Allah da yuxarıdakı ayəni nazil edir.

Bu ayə qısa ayə olsa ki, Allah pak zatına yeddi dəfə və həmçinin Allah bəndələrinə yeddi dəfə işarə edir və onlarla olan sevgi və yaxınlığını bu cür təcəssüm edir: "Mən həqiqətən hamıya daha yaxınam”.

Allah bizə yaxındır, hətta şah damarımızdan da yaxındır.

Ona görə də Allahdan uzaq olmağımız – əməllərimizin sayəsində olar. İnsan nəfsi istəkləri ilə, günahları ilə Allahdan uzaqlaşar.

Aşiqlə Məşuq arasında heç bir hail yoxdur, sən özün bu pərdəni yaratma ki, maneə olmasın.

Duanın mənası odur ki, təbii vasitələrdən əlimizi üzək və onun yerinə dua üçün əllərimizi qaldıraq. Allaha söykənərək özümüzdə ümid hərəkəti və ruhu yaradaq.

Ondan yardım istəyək. Dua – Allahın əmrləri qarşısında təslim olmaqdır. Daha çox İlahi feyz əldə etməyin yoludur.

Dua – xahiş etməyin bir yoludur və vacib deyildir ki, dildə deyilsin. İnsan bütün bədən üzvləri ilə Allaha dua edə bilər, xüsusilə də qəlbi ilə.

Ona görə də hədislərdə oxuyuruq: "Allah qafil qəlblərin duasını yerinə yetirməz”. Yəni, dua qəlbdən qalxmalıdır və insanın qəflətini aradan aparmalıdır.

Hədislərimiz bizə dua etməyin yolunu belə öyrədir:

1. Dua etməyə Allahı həmd və Peyğəmbərə (s) salavat göndərməklə başla. Günahlarını etiraf et və tövbə et.

2. İnsanın yeməyi halal olmalıdır.

3. Əmr-be-məruf əhli olmalıdır, əks halda duası qəbul olmaz.

4. İman, saleh əməl, əmanətdarlıq, düzlük – dua edənin sifətlərindən olmalıdır.

5. Dua edən səy göstərməyi də unutmamalıdır.

Yuxarıdakı mübarək ayədən çıxartdığımız nəticələr:

1. İstək və dualarınızı Allahdan qeyrisindən istəməyin ki, sizə ən yaxın olan ancaq Odur.

2. Allahın ardınca gedin ki, əliniz çatandır və istəklərinizi yerinə yetirəndir.

3. Allaha iman və dəvətini qəbul etmək – sizin hidayət və təkamülünüzə səbəb olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031