Namazda Həmddən sonra amin demək olar?
Mьəllif: admin1
Tarix: 8-05-2021, 22:52
Namazda Həmddən sonra amin demək olar?
Namazda Həmd surəsindən sonra amin demək təkcə şiə ilə sünni məzhbləri arasında ixtilaflı məsələ olması ilə yanaşı sünni məzhəbinin firqələri arasında da bu məsələyə eyni cür yanaşılmır.

Bu onların əllərində səhih hədisin olmaması ilə əlaqədardır. Onlar Həmd surəsindən sonra amin deməyi Əbi Hüreyranın nəql etdiyi hədisə əsasən müstəhəb hesab edirlər. Bunun vacib olmaması onu göstərir ki, onların əllərində qəti hədis yoxdur.

Amma şiə bu növ hədisləri etibarlı hədis hesab etmir.( Tarixil İslam, Əl Zəhəbi, cild 4, səh 356 və Əl bədayə vəl nəhayyə, İbn Kəsir, cild 8, səh 121) Mənbələrinə əsasən Əbi Hüreyra Ömər Xəttab tərəfindən Allahın kitabının düşməni və oğru hesab edir.

Əlidə (ə) Nəhcül bəlağə kitabında Əbi Hüreyrə barəsində heç də xoş sözlər söyləməmişdir və onu yalançı hədis söyləyən hesab etmişdir.

Bundan savayı Malik Əcəmi kitabında bu barədə iki fikir irəli sürür. Birincisi amin deməyin müstəhəbliyi, digəri onun deyilməsinin haram olduğunu.

Bu və ya digər səbəblərdən şiə məzhəbi belə hədisləri qəbul etmir və Peyğəmbər (s) və Əhli Beytdən (ə) olan hədisləri səhih və etibarlı hesab edir.

Bu barədə İmam Sadiq (ə) belə buyurur: Hər vaxt imamın arxasında namaz qılarsansa, Həmd surəsindən sonra “ ƏlHəmdulillahir Rabbil Aləmin” de! Amin söyləmə! ( Əli Ətai İsfəhani)

Buradan o da anlaşılır ki, Həmd surəsindən sonra “ Əl-həmdulillahi Rabbil-aləmin” demək caizdir.

Belə qəbildən olan hədislər kifayət qədərdir. Təhzibul-Əhkam kitabında bu Əba Əbdillahdan (ə) nəql olunur ki, İmamdan soruşduqda fatihətül-kitab surəsindən sonra amin deyə bilərikmi? O buyuraraq bildirir ki, xeyir!

Buradan məlum olduğu kimi Əhli-Beyt (ə) namazda Həmd surəsindən sonra amin deməyi inkar etmişdir. Elə bu səbəbdən şiə məzhəbində Həmd surəsindən sonra amin demək namazı batil edən şərtlərdən hesab olunur.

Bundan aminin namazın tərkib hissəsi olduğuna dair heç bir hədis yoxdur. Bütün islam alimlərinin ortaq nəzərlərinə görə namazda namazın bir hissəsi olmayan bir şey söyləmək namazı batil edər.

Buna əlavə olaraq qeyd etmək lazımdır ki, biz namaz qılarkən Həmd surəsini dua niyyəti ilə oxumuruq. Elə bu səbəbdən Həmd surəsini dua hesab edib amin deyilərsə namazın əsas qayəsinə xələl gətirir.

Bundan əlavə biz burada hədislərin səhihliyi və etibarlı məsələsini izah etmək fürsətimiz yoxdur.

Buradan anlaşılır ki, heç bir dəlil olmadan hansısa sənədi zəif olan və ya etibarlı olmayan hədislərə əsasən hökm vermək düzgün deyildir.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930