Dünya Allah övliyalarının ticarət yeri
Bəzən Qurani-Kərimdə, yaxud hədislərdə dünya və onun əhli elə məzəmmət olunur ki, insan qəm bürüyür. Dünya oyun-oyuncaq, mənasız, onun əhli dəyərsiz hesab olunur.
Buna köklənən insan ya hər şeydən ümüdsüz, gözündə hər şeyin dəyərini itirmiş bir insana çevrilir. Belə bir insan demək olar ki, yaşamır. Yaşasa da sanki məcbur yaşayır.Ya da bundan (bu yalnış köklənmədən) tam vəhşi bir insan obrazı ortaya çıxar ki, insanlığın tam mənada bir düşməninə çevrilər. Dünya boş bir şeydir, həyat gücdə və talandadır deyib insanların canına və malına qənım kəsilər. Bəzən isə mətn və mənbələrdə dünya elə əhəmiyyətli vəsf olunur ki, adam dünyaya iki əllə yapışmaq istəyir. Dünyanın naz-nemətlərindən maksimium dərəcədə faydalanmaq istəyir. Hətta yaxşılıq və ehsanı yalnız maddiyatda, birinin qarnını və əynini doydurmaqda, bir sözlə ancaq sosial problemlərin həllində görür. Yəni dünya görüşü yalnlız dinclik, humanistlik, sakit yaşam tərzində köklənir. Həqiqətən də Həzrəti Əli (ə) barəsində indiyə qədər deyilən sözlər onu öymək, qiymətə mindirmək üçün çox yetərsizdir. Əli (ə) bu qədər çəkişmənin, bu qədər idiologiyanın, düşüncə məktəblərinin üstündə calışdığı bir məsələni bir cümlədə bəyan eliyib: " Bu dünya Allah övliyalarının qazanc yeridir”. Yuxarıda buraya qədər saydığımız insanlar, müxtəlif mənfi və müsbət fikir sahibləri bu üç kəlimənin Allah, övliya və dünya kəlimələrinin arasında bir bağ yarada bilsə artıq dünyanın həqiqi üzünü tanımış olacaq.Qurani Kərimin bu ayəsini də dərk etmiş olacaq: Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. (Mülk-2 ) Dünya sınaq meydanıdır. İnsan sınandıqca bərkiyir, səhvlərini görür, bir daha etməyəcəyinə söz verir. Beləcə tərbiyələnir. Yəni sınanmaqda məqsəd insanın tərbiyələnməsi dir. Alimlərdən biri bunu gözəl bir misalla, bənzətmə ilə belə izah edir:” Bir gün düşərgələrin birində olan tələbələrə qəsdən şam vaxtı yeməyi yemək üçün qaşıq qoymurlar. Yemək üçün əyləşən tələbələr müxtəlif reaksiyalar verir. Biri deyinir, biri ələ salır, biri əsəbləşir, biri səbrlə təmkinlə susur. Sonra elan olunur ki, qəsdən etmişdik ki, görək reaksiysnız necə olacaq sizi pərdə arxasından müşahidə edirdik. Tələbələr etdiyi əməllərindən xəcələt çəkdilər. Təmkinli olanlar isə kaş dahada təmkinli olardım dedilər. Sonra başqa yollarla bir neçə dəfə imtahan olunan və sonra da imtahan olunduqları elan olunan tələbələr artıq bilirlər ki onlar imtahan olunurlar. Əgər hər an imtahan oluna bilərlər fikiri onlarda formalaşsa hətta onlara şam yeməyi verməsələr belə hec bir problemin olmadığını deyəcəklər”. Bu o deməkdir ki, insan dərk edib bilsə ki, bu dünya Allah Təala tərəfindən imtahan meydanıdır və Allah Təala "pərdə arxasından” onun reaksiyasını görür və buna uyğun onun əməllərinə dəyər veriləcək, o zaman insan islah olar. Bu da Allahın tanınmasına, insanın islah olub tərbiyələnməsinə, cəmiyyətin düzəlməsinə xidmət edir. Oxşar xəbərlər
|