MÜBARƏK RAMAZAN AYININ SON GECƏSİNİN ƏMƏLLƏRİ
Hədsiz bərəkət və fəzilətlərə sahib olan mübarək Ramazan ayının sonuna yaxınlaşsaq da, qarşıdan böyük "Fitr” bayramı gəlir. Bu bayram oruc tutan möminlərə dünya və axirət bərəkətləri ilə yanaşı mənəviyyat dolu saatları ərməğan gətirir. Allah-Taaladan istəyimiz budur ki, ibadət və itaətimizi qəbul etsin və bu Ramazan ayını ömrümüzün son Ramazan ayı qərar verməsin!
Qeyd etmək lazımdır ki, mübarək Ramazan ayının son gecəsi də çox şərafətli gecələrdən biridir. Həmin gecəni ehya saxlayıb Allaha ibadət və raz-niyazla keçirməyin fəzilət və savabı haqda nəql olunan hədislərin sayı az deyildir. Hətta rəvayətlərdə deyilir ki, "Qədr” gecəsi kimi xeyir-bərəkətli və fəzilətli bir gecədir və həmin gecəsinin bir neçə xüsusi əməli var ki, əziz möminlərin diqqətinə çatdırırıq: 1. Gün batdıqdan sonra qüsl etmək; 2. Həmin gecəni məsciddə gecələmək, dua etmək və tövbə edib Allahdan günahların bağışlanmasını diləmək və yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək; 3. "Ənam”, "Kəhf” və "Yasin” surələrini oxumaq; 4. "Məğrib” və "İşa”, eləcə də, "Sübh” və "Fitr bayramı” namazlarından sonra bu duanı tərkrar-təkrar oxumaq: اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ وَ لِلَّهِ الْحَمْدُ الْحَمْدُ لِلَّهِ عَلَى مَا هَدَانَا وَ لَهُ الشُّكْرُ عَلَى مَا أَوْلانَا Duanın oxunuşu: Əllahu-əkbəru Əllahu-əkbər, la ilahə illəllahu vəllahu əkbər, Əllahu-əkbər və lillahil həmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş-şukru əla ma əvlana. Duanın tərcüməsi: Allah böyükdür. Allah böyükdür. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Həmd olsun o Allaha ki, bizi hidayət etdi. Bizi bağışladığına görə şükür olsun Ona! 5. "Məğrib” və "İşa” namazlarından sonra əlləri göyə qaldırıb bu duanı oxumaq: يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ يَا ذَا الْجُودِ يَا مُصْطَفِيَ مُحَمَّدٍ وَ نَاصِرَهُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِي كُلَّ ذَنْبٍ أَحْصَيْتَهُ وَ هُوَ عِنْدَكَ فِي كِتَابٍ مُبِينٍ Duanın oxunuşu: Ya zəl mənni vət-təvl, ya zəl cud, ya Mustəfiyə Muhəmmədin və nasirəh, səlli əla Muhəmmədin və ali-Muhəmməd, vəğfir li kullə zənbin əhsəytəh, və huvə indəkə fi kitabin mubin. Duanın tərcüməsi: Ey nemət və mərhəmət sahibi, ey bəxşiş sahibi, ey Mühəmmədi bəyənib seçən və Onun yardımçısı! Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, mənim saydığın və yanındakı aydın kitabında qeydə alınan bütün günahlarımı bağışla! Sonra səcdəyə gedib səcdədə yüz dəfə "Ətubu iləllah” – deyilməsi və Allahdan hacətlərin istənilməsi tövsiyə olunur. 6. İmam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək; 7. Şeyx Kuleyninin imam Sadiqdən(ə) nəql etdiyi bu duanı oxumaq: اللَّهُمَّ هَذَا شَهْرُ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ وَ قَدْ تَصَرَّمَ وَ أَعُوذُ بِوَجْهِكَ الْكَرِيمِ يَا رَبِّ أَنْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِي هَذِهِ أَوْ يَتَصَرَّمَ شَهْرُ رَمَضَانَ وَ لَكَ قِبَلِي تَبِعَةٌ أَوْ ذَنْبٌ تُرِيدُ أَنْ تُعَذِّبَنِي بِهِ يَوْمَ أَلْقَاكَ Duanın oxunuşu: Əllahummə hazə şəhru Rəməzanəlləzi ənzəltə fihil Qur`an, və qəd təsərrəmə və əuzu bivəchikəl kərimi ya rəbbi, ən yətluəl fəcru min ləyləti hazihi, əv yətəsərrəmə şəhru Rəməzan, və ləkə qibəli təbiətun əv zənbun turidu ən tuəzzibəni bihi yəvmə əlqak. Duanın tərcüməsi: İlahi, Qurani-Kərimi nazil etdiyin bu Ramazan ayı gəlib keçdi! Ey mənim Rəbbim, bu gecənin sübhü üzümə açıldığı halda, mənim üzərimdə Sənin tərəfindən bir cəza və ya Sənə qarşı bir günah qalaraq əzaba düçar olacağımdan Sənin böyük zatına sığınmışam! 8. Ramazan ayı ilə vidalaşma duasını oxumaq; Seyid ibn Tavus imam Sadiqdən (ə) nəql edir ki, hər kim mübarək Ramazan ayının axırında bu ayla vidalaşmaq istəsə, belə desin: اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ صِيَامِي لِشَهْرِ رَمَضَانَ وَ أَعُوذُ بِكَ أَنْ يَطْلُعَ فَجْرُ هَذِهِ اللَّيْلَةِ إِلا وَ قَدْ غَفَرْتَ لِي Duanın oxunuşu: Əllahummə la təc`əlhu axirəl əhdi min siyami lişəhri Rəməzan, və əuzu bikə ən yətluə fəcru hazihil-ləyləh, illa və qəd ğəfərtə li. Duanın tərcüməsi: İlahi, bunu mənim Ramazan ayında tutduğum orucların axırıncısı qərar vermə! Mən Sənə sığınmışam ki, bu gecənin sübhü açıldıqda məni bağışlayasan. 9. Ramazan ayının axırıncı gecəsinə məxsus on rükət namaz qılmaq; bu namaz iki-iki qılınır və hər rükətdə "Həmd” surəsindən sonra on dəfə "İxlas” surəsi, namazın rüku və səcdələrində on dəfə "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu-əkbər” deyilir. Namazdan sonra Allahdan günahların bağışlanması istənilir, sonra isə səcdədə belə deyilir: "Ya həyyu ya qəyyum, ya zəl-cəlali vəl-ikram, ya rəhmanəd-dunya vəl-axirəti və rəhiməhuma, ya ərhəmər-rahimin, ya ilahəl-əvvəlinə vəl-axirin. İğfir ləna və təqəbbəl minna səlatəna və siyaməna və qiyaməna!” Bu namazdan əlavə, on dörd rükət namaz qılmağın da çoxlu savabı var; belə ki, hər rükətdə "Həmd” surəsini dedikdən sonra "Ayətül-kürsi”ni və üç dəfə "İxlas” surəsini oxumaq lazımdır. (Yaxşı olar ki, boynunda qəza namazı olanlar qəza namazlarını qılsınlar.) 10. Bu duanı oxumaq; يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ يَا رَحْمَانُ يَا اللَّهُ يَا رَحِيمُ يَا اللَّهُ يَا مَلِكُ يَا اللَّهُ يَا قُدُّوسُ يَا اللَّهُ يَا سَلامُ يَا اللَّهُ يَا مُؤْمِنُ يَا اللَّهُ يَا مُهَيْمِنُ يَا اللَّهُ يَا عَزِيزُ يَا اللَّهُ يَا جَبَّارُ يَا اللَّهُ يَا مُتَكَبِّرُ يَا اللَّهُ يَا خَالِقُ يَا اللَّهُ يَا بَارِئُ يَا اللَّهُ يَا مُصَوِّرُ يَا اللَّهُ يَا عَالِمُ يَا اللَّهُ يَا عَظِيمُ يَا اللَّهُ يَا عَلِيمُ يَا اللَّهُ يَا كَرِيمُ يَا اللَّهُ يَا حَلِيمُ يَا اللَّهُ يَا حَكِيمُ يَا اللَّهُ يَا سَمِيعُ يَا اللَّهُ يَا بَصِيرُ يَا اللَّهُ يَا قَرِيبُ يَا اللَّهُ يَا مُجِيبُ يَا اللَّهُ يَا جَوَادُ يَا اللَّهُ يَا مَاجِدُ يَا اللَّهُ يَا مَلِيُّ يَا اللَّهُ يَا وَفِيُّ يَا اللَّهُ يَا مَوْلَى يَا اللَّهُ يَا قَاضِي يَا اللَّهُ يَا سَرِيعُ يَا اللَّهُ يَا شَدِيدُ يَا اللَّهُ يَا رَءُوفُ يَا اللَّهُ يَا رَقِيبُ يَا اللَّهُ يَا مَجِيدُ يَا اللَّهُ يَا حَفِيظُ يَا اللَّهُ يَا مُحِيطُ يَا اللَّهُ يَا سَيِّدَ السَّادَاتِ يَا اللَّهُ يَا أَوَّلُ يَا اللَّهُ يَا آخِرُ يَا اللَّهُ يَا ظَاهِرُ يَا اللَّهُ يَا بَاطِنُ يَا اللَّهُ يَا فَاخِرُ يَا اللَّهُ يَا قَاهِرُ يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ يَا وَدُودُ يَا اللَّهُ يَا نُورُ يَا اللَّهُ يَا رَافِعُ يَا اللَّهُ يَا مَانِعُ يَا اللَّهُ يَا دَافِعُ يَا اللَّهُ يَا فَاتِحُ يَا اللَّهُ يَا نَفَّاحُ [نَفَّاعُ] يَا اللَّهُ يَا جَلِيلُ يَا اللَّهُ يَا جَمِيلُ يَا اللَّهُ يَا شَهِيدُ يَا اللَّهُ يَا شَاهِدُ يَا اللَّهُ يَا مُغِيثُ يَا اللَّهُ يَا حَبِيبُ يَا اللَّهُ يَا فَاطِرُ يَا اللَّهُ يَا مُطَهِّرُ يَا اللَّهُ يَا مَلِكُ [مَلِيكُ] يَا اللَّهُ يَا مُقْتَدِرُ يَا اللَّهُ يَا قَابِضُ يَا اللَّهُ يَا بَاسِطُ يَا اللَّهُ يَا مُحْيِي يَا اللَّهُ يَا مُمِيتُ يَا اللَّهُ يَا بَاعِثُ يَا اللَّهُ يَا وَارِثُ يَا اللَّهُ يَا مُعْطِي يَا اللَّهُ يَا مُفْضِلُ يَا اللَّهُ يَا مُنْعِمُ يَا اللَّهُ يَا حَقُّ يَا اللَّهُ يَا مُبِينُ يَا اللَّهُ يَا طَيِّبُ يَا اللَّهُ يَا مُحْسِنُ يَا اللَّهُ يَا مُجْمِلُ يَا اللَّهُ يَا مُبْدِئُ يَا اللَّهُ يَا مُعِيدُ يَا اللَّهُ يَا بَارِئُ يَا اللَّهُ يَا بَدِيعُ يَا اللَّهُ يَا هَادِي يَا اللَّهُ يَا كَافِي يَا اللَّهُ يَا شَافِي يَا اللَّهُ يَا عَلِيُّ يَا اللَّهُ يَا عَظِيمُ يَا اللَّهُ يَا حَنَّانُ يَا اللَّهُ يَا مَنَّانُ يَا اللَّهُ يَا ذَا الطَّوْلِ يَا اللَّهُ يَا مُتَعَالِي يَا اللَّهُ يَا عَدْلُ يَا اللَّهُ يَا ذَا الْمَعَارِجِ يَا اللَّهُ يَا صَادِقُ يَا اللَّهُ يَا صَدُوقُ يَا اللَّهُ يَا دَيَّانُ يَا اللَّهُ يَا بَاقِي يَا اللَّهُ يَا وَاقِي يَا اللَّهُ يَا ذَا الْجَلالِ يَا اللَّهُ يَا ذَا الْإِكْرَامِ يَا اللَّهُ يَا مَحْمُودُ يَا اللَّهُ يَا مَعْبُودُ يَا اللَّهُ يَا صَانِعُ يَا اللَّهُ يَا مُعِينُ يَا اللَّهُ يَا مُكَوِّنُ يَا اللَّهُ يَا فَعَّالُ يَا اللَّهُ يَا لَطِيفُ يَا اللَّهُ يَا غَفُورُ يَا اللَّهُ [يَا جَلِيلُ يَا اللَّهُ] يَا شَكُورُ يَا اللَّهُ يَا نُورُ يَا اللَّهُ يَا قَدِيرُ[قَدِيمُ] يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ يَا رَبَّاهْ يَا اللَّهُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ تَمُنَّ عَلَيَّ بِرِضَاكَ وَ تَعْفُوَ عَنِّي بِحِلْمِكَ وَ تُوَسِّعَ عَلَيَّ مِنْ رِزْقِكَ الْحَلالِ الطَّيِّبِ وَ مِنْ حَيْثُ أَحْتَسِبُ وَ مِنْ حَيْثُ لا أَحْتَسِبُ فَإِنِّي عَبْدُكَ لَيْسَ لِي أَحَدٌ سِوَاكَ وَ لا أَحَدٌ أَسْأَلُهُ غَيْرُكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ مَا شَاءَ اللَّهُ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ Duanın oxunuşu: Ya Əllahu ya Əllah, ya Əllahu ya rəhman, ya Əllahu ya rəhim, ya Əllahu ya məlik, ya Əllahu ya quddus, ya Əllahu ya səlam, ya Əllahu ya mu`min, ya Əllahu ya muhəymin, ya Əllahu ya əziz, ya Əllahu ya cəbbar, ya Əllahu ya mutəkəbbir, ya Əllahu ya xaliq, ya Əllahu ya bari`, ya Əllahu ya musəvvir, ya Əllahu ya alim, ya Əllahu ya əzim, ya Əllahu ya əlim, ya Əllahu ya kərim, ya Əllahu ya həlim, ya Əllahu ya həkim, ya Əllahu ya səmi`, ya Əllahu ya bəsir, ya Əllahu ya qərib, ya Əllahu ya mucib, ya Əllahu ya cəvad, ya Əllahu ya macid, ya Əllahu ya məliyy, ya Əllahu ya vəfiyy, ya Əllahu ya məvla, ya Əllahu ya qazi, ya Əllahu ya səri, ya Əllahu ya şədid, ya Əllahu ya rəuf, ya Əllahu ya rəqib, ya Əllahu ya məcid, ya Əllahu ya həfiz, ya Əllahu ya muhit, ya Əllahu ya səyyidəs sadat, ya Əllahu ya əvvəl, ya Əllahu ya axir, ya Əllahu ya zahir, ya Əllahu ya batin, ya Əllahu ya faxir, ya Əllahu ya qahir, ya Əllahu ya rəbbah, ya Əllahu ya rəbbah, ya Əllahu ya rəbbah, ya Əllahu ya vədud, ya Əllahu ya nur, ya Əllahu ya rafi`, ya Əllahu ya mani`, ya Əllahu ya dafi`, ya Əllahu ya fatih, ya Əllahu ya nəffah (nəffa`), ya Əllahu ya cəlil, ya Əllahu ya cəmil, ya Əllahu ya şəhid, ya Əllahu ya şahid, ya Əllahu ya muğis, ya Əllahu ya həbib, ya Əllahu ya fatir, ya Əllahu ya mutəhhir, ya Əllahu ya məlik (məliyk), ya Əllahu ya muqtədir, ya Əllahu ya qabiz, ya Əllahu ya basit, ya Əllahu ya muhyi, ya Əllahu ya mumit, ya Əllahu ya bais, ya Əllahu ya varis, ya Əllahu ya mu`ti, ya Əllahu ya mufzil, ya Əllahu ya mun`im, ya Əllahu ya həqq, ya Əllahu ya mubin, ya Əllahu ya təyyib, ya Əllahu ya muhsin, ya Əllahu ya mucmil, ya Əllahu ya mubdi`, ya Əllahu ya muid, ya Əllahu ya bari`, ya Əllahu ya bədi`, ya Əllahu ya hadi, ya Əllahu ya kafi, ya Əllahu ya şafi, ya Əllahu ya əliyy, ya Əllahu ya əzim, ya Əllahu ya hənnan, ya Əllahu ya mənnan, ya Əllahu ya zət təvl, ya Əllahu ya mutəal, ya Əllahu ya ədl, ya Əllahu ya zəl məaric, ya Əllahu ya sadiq, ya Əllahu ya səduq, ya Əllahu ya dəyyan, ya Əllahu ya baqi, ya Əllahu ya vaqi, ya Əllahu ya zəl cəlal, ya Əllahu ya zəl ikram, ya Əllahu ya məhmud, ya Əllahu ya mə`bud, ya Əllahu ya sani, ya Əllahu ya muin, ya Əllahu ya mukəvvin, ya Əllahu ya fə`al, ya Əllahu ya lətifu ya Əllahu ya ğəfur, ya Əllahu (ya cəlil, ya Əllahu) ya şəkur, ya Əllahu ya nur, ya Əllahu ya qədir (qədim), ya Əllahu ya rəbbah, ya Əllahu ya rəbbah, ya Əllahu ya rəbbah, ya Əllahu ya rəbbah, ya Əllahu ya rəbbah, ya Əllahu ya rəbbah, ya Əllahu ya rəbbah, ya Əllahu ya rəbbah, ya Əllahu ya rəbbah, ya Əllahu ya rəbbahu ya Əllah, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və təmunnə ələyyə birizakə və tə`fuvə ənni bihilmik, və tuvəssiə ələyyə min rizqikəl həlalit təyyib, və min həysu əhtəsibu və min həysu la əhtəsib, fəinni əbdukə ləysə li əhədun sivak, və la əhədun əs`əluhu ğəyruk, ya ərhəmər rahimin, ma şaəllahu la quvvətə illa billahil əliyyil əzim. Duanın tərcüməsi: Ey Allah, ey Allah! ey Allah, ey bağışlayan, ey Allah, ey mehriban, ey Allah, ey malik, ey Allah, ey müqəddəs, ey Allah, ey sağlamlıq verən, ey Allah, ey əmin-amanlıq verən, ey Allah, ey qoruyan (ey şahid), ey Allah, ey izzət sahibi, ey Allah, ey qüdrət sahibi, ey Allah, ey məqamı uca, ey Allah, ey yaradan, ey Allah, ey vücuda gətirən, ey Allah, ey (məxluqata) surət verən, ey Allah, ey alim, ey Allah, ey böyük, ey Allah, ey hər bir şeyi bilən, ey Allah, ey kəramət sahibi, ey Allah, ey səbirli, ey Allah, ey hikmət sahibi, ey Allah, ey eşidən ey Allah, ey görən, ey Allah, ey yaxın, ey Allah, ey duaları qəbul edən, ey Allah, ey bəxşiş sahibi, ey Allah, ey şövkət sahibi, ey Allah, ey iqtidar sahibi, ey Allah, ey vəfadar, ey Allah, ey mövla, ey Allah, ey qazi, ey Allah, ey sürətli (tezliklə haqq-hesab çəkən), ey Allah, ey şiddətli, ey Allah, ey mehriban, ey Allah, ey gözətçi, ey Allah, ey şövkət sahibi, ey Allah, ey qoruyan, ey Allah, ey əhatə edən, ey Allah, ey böyüklərin böyüyü, ey Allah, ey əvvəl, ey Allah, ey axır, ey Allah, ey zahir, ey Allah, ey batin, ey Allah, ey fəxr edən, ey Allah, ey qəhr edən, ey Allah, ey Rəbb, ey Allah, ey Rəbb, ey Allah, ey Rəbb, ey Allah, ey dost, ey Allah, ey nur, ey Allah, ey ucaldan, ey Allah, ey mane, ey Allah, ey dəf edən, ey Allah, ey fəth edən, ey Allah, ey fayda verən, ey Allah, ey ulu, ey Allah, ey gözəl, ey Allah, ey şahid, ey Allah, ey şəhadət verən, ey Allah, ey pənah verən, ey Allah, ey həbib, ey Allah, ey yaradan, ey Allah, ey paklayan, ey Allah, ey padşah, ey Allah, ey qüdrətli, ey Allah, ey alan, ey Allah, ey genişləndirən, ey Allah, ey dirildən, ey Allah, ey öldürən, ey Allah, ey (qəbirdən) qaldıran, ey Allah, ey varis, ey Allah, ey əta edən, ey Allah, ey artıran, ey Allah, ey nemət verən, ey Allah, ey haqq, ey Allah, ey aşkar edən, ey Allah, ey pakizə, ey Allah, ey ehsan edən, ey Allah, ey gözəllik verən, ey Allah, ey başlayan, ey Allah, ey qaytaran, ey Allah, ey vücuda gətirən, ey Allah, ey yenilikçi, ey Allah, ey hidayət edən, ey Allah, ey kifayət edən, ey Allah, ey şəfa verən, ey Allah, ey uca, ey Allah, ey böyük, ey Allah, ey mehriban, ey Allah, ey yaxşılıq edən, ey Allah, ey nemət sahibi, ey Allah, ey üstün, ey Allah, ey ədalətli, ey Allah, ey yüksəkliklər sahibi, ey Allah, ey sadiq, ey Allah, ey düzdanışan, ey Allah, ey cəzalandıran, ey Allah, ey baqi, ey Allah, ey saxlayan, ey Allah, ey calal sahibi, ey Allah, ey ikram sahibi, ey Allah, ey bəyənilən, ey Allah, ey ibadət olunan, ey Allah, ey düzəldən, ey Allah, ey kömək edən, ey Allah, ey yaradan, ey Allah, ey fəal, ey Allah, ey lətif, ey Allah, ey bağışlayan, ey Allah, ey şükür olunan, ey Allah, ey nur, ey Allah, ey qüdrətli (qədim), ey Allah, ey Rəbb, ey Allah, ey Rəbb, ey Allah, ey Rəbb, ey Allah, ey Rəbb, ey Allah, ey Rəbb, ey Allah, ey Rəbb, ey Allah, ey Rəbb, ey Allah, ey Rəbb, ey Allah, ey Rəbb, ey Allah, ey Rəbb, ey Allah! Səndən istəyirəm ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetirəsən, Öz razılığınla mənə minnət qoyasan, səbrinlə mənim günahlarımdan keçəsən, mənim üçün güman etdiyim və güman etmədiyim yerdən halal və pak ruzini bol edəsən. Çünki mən Sənin bəndənəm. Səndən başqa heç kimim yoxdur və Səndən başqa istəyəcəyim bir kəs də yoxdur. Ey mehribanların ən mehribanı! Allahın istədiyi mütləq olur, uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. Sonra səcdəyə gedib bu duanı oxumaq: يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا مُنْزِلَ الْبَرَكَاتِ بِكَ تُنْزَلُ كُلُّ حَاجَةٍ أَسْأَلُكَ بِكُلِّ اسْمٍ فِي مَخْزُونِ الْغَيْبِ عِنْدَكَ وَ الْأَسْمَاءِ الْمَشْهُورَاتِ عِنْدَكَ الْمَكْتُوبَةِ عَلَى سُرَادِقِ عَرْشِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَقْبَلَ مِنِّي شَهْرَ رَمَضَانَ وَ تَكْتُبَنِي مِنَ الْوَافِدِينَ إِلَى بَيْتِكَ الْحَرَامِ وَ تَصْفَحَ لِي عَنِ الذُّنُوبِ الْعِظَامِ وَ تَسْتَخْرِجَ لِي يَا رَبِّ كُنُوزَكَ يَا رَحْمَانُ Duanın oxunuşu: Ya Əllahu ya Əllahu ya Əllah, ya rəbbi ya rəbbi ya rəbbi, ya munziləl bərəkat, bikə tunzəlu kullu hacəh, əs`əlukə bikullismin fi məxzunil ğəybi indək, vəl əsmail məşhurati indək, əl məktubəti əla suradiqi ərşik, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təqbələ minni şəhrə Rəməzan, və təktubəni minəl vafidinə ila bəytikəl həram, və təsfəhə li əniz-zunubil izam, və təstəxricə li ya rəbbi kunuzəkə ya rəhman. Duanın tərcüməsi: Ey Allah, ey Allah, ey Allah! Ey Rəbb, ey Rəbb, ey Rəbb! Ey bərəkətləri nazil edən, hər bir hacət Sənin vasitənlə göndərilir! Sənin qeyb xəzinələrindəki bütün adlara, yanında aşkar olan və ərşinin pərdələrində yazılan adlara xatir, Səndən istəyirəm ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərəsən, Ramazan ayını məndən qəbul edəsən, məni Öz evinə (Kəbəyə) daxil olanlar sırasında yazasan, mənim böyük günahlarımdan keçəsən və ey Rəbbim, xəzinələrini mənim üçün çıxarasan, ey bağışlayan Allah! ("Məfatihul-cinan”, Şeyx Abbas Qummi, "Şəvval ayının əməlləri” bölümü.) Rza Şükürlü (Maide.Az) Oxşar xəbərlər
|