Qoca dəvənin Peyğəmbərimizə (s) şikayəti
Mьəllif: admin1
Tarix: 24-06-2017, 16:03

 O zaman ki, Peyğəmbər (s) Zatəl-riqa döyüşündən qayıdır, Mədinəyə yaxınlaşan zaman bir dəvə görür ki, Həzrətə (s) tərəf gəlir. Dəvə boynunu yerə qoyur və boğazından səs çıxardır. Peyğəmbərimiz (s) buyurdu: "Bilirsinizmi ki, bu dəvə nə deyir?”.

Deyirlər: "Allah və Peyğəmbəri (s) daha çox biləndir”.

Buyurdu: "Mənə xəbər verir ki, sahibi onu işlədir o zamana qədər ki, qocalmışdır. Ona ziyan vurmuşdur və onu arıqlatmışdır. İndi də istəyir ki, onu kəssin və ətini satsın”. 

Həzrət Peyğəmbər (s) buyurdu: "Ey Cabir! Sahibinin yanına get və onu mənim yanıma gətir”.

Cabir deyir: "Sahibini tanımıram”.

Həzrət (s) buyurur: "Dəvənin özü sənə yol göstərəcəkdir”.

Cabir nəql edir: "Dəvə ilə getdim və Bəni-Vaqif məhəlləsinə çatdım. Küçəyə daxil oldum və özümü anidən bir məclisin qarşısında gördüm.

Məclisdəkilər dedilər: "Ey Cabir! Peyğəmbəri (s) niyə buraxmısan?”.

Dedim: "Sizlərdən kim bu dəvənin sahibidir?”.

Onlardan biri dedi: "Mənəm”.

Dedim: "Peyğəmbərin (s) yanına gedək”.

Dedi: "Məni nəyə görə çağırır?”.

Dedim: "Sənin dəvən sənin əleyhinə yardım istəmişdir”.

Mən, dəvə və dəvənin sahibi Peyğəmbərin (s) yanına gəldik. Həzrət (s) buyurdu: "Sənin dəvən xəbər verir ki, sən onu işlətmisən o zamana qədər ki, qocalıbdır. Ona ziyan vurmusan və onu arıqlatmısan. İndi də onu öldürmək və ətini satmaq istəyirsən”.

Dedi: "Elədir”.

Həzrət Peyğəmbər (s) buyurdu: "Onu mənə sat”.

Dedi: "Dəvə sənin malındır, ey Peyğəmbər!”.

Peyğəmbər (s) onu satın aldı və sonra böyrünə vurub, onu azad etdi ki, Mədinənin ətrafında gəzsin”.

Cabir deyir: "Bir müddət sonra o dəvəni gördüm ki, belindəki yarası şəfa tapmışdı”.

 

/Deyerler.org/



Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930