Fitrə zəkatını kimlər kimlərə verməlidir?
Mьəllif: admin1
Tarix: 8-04-2024, 10:42
Fitrə zəkatını kimlər kimlərə verməlidir?
Paklıq, təmizlik və ya paklanmaq mənasında olan zəkat islamın təkidlə buyurulmuş əməllərindədin.

Yəni insan zəkat ayirmaqla sanki malını, özünü paklayır. Zəkatda iki bərəkət var biri paylaşmaq, digərı isə bu paylaşmaqdan əldə olunan xeyir bərəkət.

Allah Rəsulu buyurub: "Hər bir şeyin zəkatı olduğu kimi bədənin də zəkatı oruc tutmaqdır”.

Oruc insanın həm bədənini, həm də mənəviyyatını təmizləyir. Ayın sonunda verilən fitrə zəkatı isə sanki bütün bunların möhürünü vurur.

Fitrə zəkatını hər bir kəs imkanı müqabilində üç kiloqram arpa, buğda, kişmiş, xurma, düyü, qarğıdalı və bu kimi şeylərdən, fitrə verilməyə haqqı olan kəsə (yoxsul) versin. Bu kimi malın əvəzində pul da verə bilər.

1-Fitrə zəkatı bayram axşamında aqil, həddi-büluğa çatmış, azad, heçkimin qulu olmayan, heçkimin çörək yeyəni olmayan, fəqir olmayan hər kəsə vacibdir.

2-Yoğsul olan, özünün və ailəsinin illik xərclərini ödəyə bilməyən kəsə vacib deyil.

3-İnsan gərək bayram axşamı, günün batan vaxtı evində olan hər kəsin zəkatını versin. İstər böyük olsun, istər kiçik, istər müsəlman olsun, istər kafir, istər yaxından olsun, istər uzaqdan gəlsin, ev sahibinə vacibdir.

4-Qonağın və istəməyərəkdən qürub vaxtı gələn və onun evində dayanan kəsin fitrəsi ev sahibinin boynundadır. Amma azandan sonra gələnin vacib deyil.

5-Bir kəs yoxsul ola ammə fitrə zəkatı vermək istəsə bir nəfərin zəkatını bütün ailə üzüvləri bir-birinə ötürərək sonuncunun da əli dəyib sonra versin

6-Əgər insanın fitrəsi başqasına vacib olasa, o da verməsə daha özünə vacib deyil

7-Seyyid olmayam seyyidə fitrə verə bilməz.

Zəkat verən kəs öz zəkatını yoxsul mömünlərə verməlidir. Əgər yoxsul mömün olmasa, mömün olmayan digər yoxsul müsəlmana verə bilər. Amma zəkatı günah işlərə sərf edə biləcək kəslərə verə bilməz.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930