ORUC TUTANLARA VERİLƏN BEŞ MÜKAFAT
Mьəllif: admin1
Tarix: 4-04-2024, 23:27
ORUC TUTANLARA VERİLƏN BEŞ MÜKAFAT
Allah-Taala İslam ümmətindən oruc tutanlar üçün böyük mükafatlar nəzərdə tutumuşdur ki, Peyğəmbəri-Əkrəm (s) bir hədisdə bu haqda söz açaraq buyurmuşdur:

اُعطِیَت أُمَّتِی فِی شَهرِ رَمَضَانَ خَمساً لَم یُعطَهُنَّ أُمَّهُ نَبِیٍّ قَبلِی؛

"Ramazan ayında mənim ümmətimə məndən əvvəlki peyğəmbərlərin ümmətinə verilməyən beş mükafat verilər:

1. Amma birinci mükafat:

أمَّا الواحِدَةُ: فَاِذا كانَ أوّلُ لَیلَةٍ مِنْ شَهرِ رَمَضانَ نَظَرَ اللهُ عَزَّوَجَلَّ إلَیهِم وَمَن نَظَرَ اللهُ إلَیهِ لَمْ یعَذِّبْهُ أبَداً

"Ramazan ayının ilk gecəsi daxil olduqda, Allah-Taala onlara (mənim ümmətimə) nəzər yetirər (lütf və mərhəmət nəzəri ilə baxar) və Allah-Taalanın nəzər yetirdiyi kəs əsla əzaba düçar olmaz.”

Allah-Taalanın Öz bəndəsinə rəhmət nəzəri ilə baxması olduqca mühüm bir məsələdir. "Şəbaniyyə” münacatında deyilir:

اِلهى‏ اُنْظُرْ اِلَىَّ نَظَرَ مَنْ نادَيْتَهُ فَاَجابَكَ

"İlahi, mənə nəzər sal, çağırılan və çağırışa cavab verən kəsin baxışı ilə!”

Bir gün Şüeyb peyğəmbər günah içində qərq olmuş bir gəncin sağlam bədən və geniş imkanata sahib olduğunu gördükdə ərz etdi: "İlahi! Bu gənc, günahkar olduğu halda, nə üçün sağlam bədənə və bu qədər imakanata sahibdir?”

Xitab olundu: "Ey Şüeyb! Ona de ki, nəzər və qiqqətimi qəlbindən götürmüşəm və qəlbin çevrilmişdir. Çevrilmiş qəlb heç zaman Mənimlə söhbətin ləzzət və şirinliyini dada bilməz.”

"Şəbaniyyə” münacatındakı bu cümlənin qədrini bilək:

فَلا تَجْعَلْنى‏ مِمَّنْ صَرَفْتَ عَنْهُ وَجْهَكَ

"İlahi, məni üz döndərdiyin və qəflətləri ilə Öz əfvindən kənarda saxladığın kəslərin zümrəsində qərar vermə!”

Hədisdə deyilir ki, Allah-Taalanın rəhmət baxşından uzaq qalan şəxs Şeytanın himayəsinə keçər!

2. İkinci mükafat:

وَأمَّا الثّانِیةُ: فَإنَّ خُلوفَ أفْواهِهِمْ حینَ یمْسُونَ عِنْدَ اللهِ عَزَّوَجَلَّ أطیبُ مِنْ ریحِ المِسْكِ

"Qürub zamanı onların ağzından gələn pis qoxu Allah-Taalanın dərgahında müşkdən ətirlidir.”

3. Üçüncü mükafat:

وَأمَّا الثّالِثَةُ فإنَّ المَلائِكَةَ یستَغْفِرونَ لَهُم فِی لَیلِهِم وَنَهَارِهِم

"Mələklər (Ramazan ayı boyunca) gecə-gündüz onların bağışlanmaqlarını diləyərlər (və deyərlər: İlahi, onları bağışla!)”

4. Dördüncü mükafat:

وَأمّا الرّابِعَةُ فإنَّ اللهَ عَزَوَجَلَّ یأمُرُ جَنَّتَهُ اَنْ اسْتَغْفِری وَ تَزَینی لِعِبادی فَیوشَکَ اَنْ یذْهَبَ بِهِمْ نَصبُ الدُّنْیا وَ اَذاها وَ یصیرُوا اِلی جَنَّتی وَكِرامَتی

"Həqiqətən, Allah-Taala Öz cənnətinə əmr edər ki, Mənim bəndələrimin günahlarının bağışlanmasını dilə və özünü onlar üçün bəzə! Onların dünya çətinlikləri və əziyyətlərindən qurtulub Mənim cənnətimə və kəramətimə doğru hərəkət etmələri necə də yaxındır!”

5. Beşinci mükafat:

وَأمَّا الْخامِسَةُ فَإذا كانَ آخِرُ لَیلَةٍ غَفَرَ لَهُمْ جَمیعاً فَقَالَ رَجُلٌ فی لَیلَةِ القَدْرِ یا رَسولَ اللهِ؟ فَقالَ: ألَمْ تر إلَی العُمّالِ إذا فَرِغُوا مِنْ أعْمالِهِمْ وُفُّّوا؛

"Gecə sonu (və yaxud son gecə) çatdıqda, Allah-Taala onların bütün günahlarını bağışlayar.”

Bir nəfər ayağa qalxıb: "Ey Allahın Rəsulu! Bu beş mükafat "Qədr” gecəsində veriləcəkmi?” – deyə soruşduqda, Həzrət buyurdu: "(Xeyr, bayram gecəsi!) Məgər bilmirsən ki, işçilərə işlərini bitirdikdən sonra haqları verilər?” ("Biharul-ənvar”, 96-cı cild, səh.357, Beyrut çapı.)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031