İmam Səccadın (ə) Fitr bayramında oxuduğu dua
46-cı dua. O Həzrətin (ə) Fitr bayramında və cümə günü namazdan qayıdarkən qiblə səmtinə durub oxuduğu dua:
Ey, bəndələrin rəhm etmədiyinə rəhm edən,! Ey, şəhərlərin qəbul etmədiyini qəbul edən! Ey, istəkləri ilə yanına gələnləri xar etməyən! Ey, israr edənləri ümidsiz etməyən! Ey, təvəqqe edənlərin sinəsinə rədd əlini vurmayan! Ey, dəyərsiz töhfələri qəbul edən! Ey, ən az işlərə minnətdar olan! Ey, kiçik əmələ dəyər verən, onlara böyük muzd verən! Ey, ona yaxınlaşana yaxınlaşan, əgər ondan uzaqlaşsalar özünə dəvət edən! Ey, nemətini dəyişməyən (kəsməyən), intiqama tələsməyən! Ey, yaxşılığı artırasan deyə, o işi qarşıya çıxaran, pisliyi aradan qaldırasan deyə, ondan keçirsən, arzular kərəminin sonuna yetməzdən öncə yerinə yetib geri döndülər, vəsflər Sənin sonuna yetməzdən öncə yerinə yetib geri döndülər, tələb qabları bəxşişinin feyzi ilə dolduran! Vəsflər Sənin vəsfinin sonuna yetməzdən öncə dayandılar. Şübhəsiz ki, hər bir üstünlükdən daha üstün ucalıq Sənə məxsusdur, hər bir cəlal üzərindəki təqdis Sənə məxsusdur. Böyüklüyün önündə hər bir şərəf rəzildir, Səndən başaqlarına üz gətirənlər ümidsiz oldular, Sənin vücudundan savayı başqa bir şey istəyənlər zərərə düşdülər, dərgahından başqa yerə pənah aparanlar həlak oldular, fəzilətdən savayı ayrı şeyi istəyənlər yoxsullaşdı. Rəhmətinin qapıları bütün istəyənlərin üzünə açıqdır, həqirlərə edilən bəxşişin əvəzidir, dad edənlərin fəryadına yetməyin yaxındır, arzusu olanlar Səndən ümidlərini üzmürlər, hacətləri olanlar bəxşişindən məhrum olmurlar, istiğfar edənlər əfvindən qarabəxt olmurlar, ruzi süfrən günahkarlara da açılmışdır, həlimliyin düşmənlərinə də şamil olur, pislərə yaxşılıq etmək Sənin üçün bir adətdir, təcavüzkarlara rəhm etmək – sünnətindir, hətta həlimliyin onları tövbədən qafil etdi, möhlət verməyin günahlarından çəkinməyindən saxladı, halbuki geri dönsünlər deyə, onlarla yalnız Sən həlim olmusan, onlara yalnız səltənətinin davamına yəqinin olduğun üçün möhlət vermisən. Səadət əhli olanın işini sonda səadətə yetirdin, bədbəxt olanı da öz qara bəxtinin öhdəsinə qoydun, hamı Sənin hökmünə boyun əyəcək, işlərinin qayıdışı Sənin əmrinə sarı olacaqdır, onlara verdiyin möhlətlə şahlığın süstləşmir, mühakimə olunmaqlarını təxirə salmaqla dəlil aradan getmir. Höccətin möhkəm və yerində durmaqdadır, batil olmur. Səltənətin sabitdir, fəna qəbul etmir, belə olduqda Səndən üz döndərənə vay olsun, zillət Səndən ümidini üzənə məxsusdur, bədbəxtçiliyin ən böyüyü Sənə qarşı məğrur olmaqdır, necə də ağır əzablar dadacaqdır! Əzabındakı sərgərdanlıq nə qədər də uzun olacaqdır, açılan arzular belə bir insandan nə qədər uzaqdır! Əzabından çıxmağının asan olmasına ümidsizlüyü çoxdur! Bütün bunlar Sənin cövr etmədiyin cəzan, zülmə bulaşmayan insaflı hökmün əsasındadır. Çünki ardıcıl olaraq höccətini sona yetirdin, hidayət ola biləcəyi şeyləri ona bəyan etdin, lütf göstərək həqiqətə sarı rəğbətləndirdin, insanların özlərinə gəlib ayılmaları üçün məsəllər çəkdin, onlara uzun möhlət verdin, əzab etməkdə qüdrətin var ikən cəzanı təxirə saldın, tələsə bildiyin halda həlimlik göstərdin. Həlimliyin acizlik, möhlət verməyin süstlük, çəkinməyin xəbərsizliyin, təxirə salmağın mülayimlik və saziş üzündən deyildi, bəlkə buna görədir ki, hacətin daha düzgün, böyüklüyün daha kamil, ehsanın daha geniş və nemətin daha da təkmilləşsin. Bütün bunlar olmuş, indi də var və bundan sonra da olacaq. Sənin haccətin vəsf edildiyindən daha kamildir, ucalığın daha ucadır, nemətlərin saya gəlməkdən daha çoxdur, nemətin kiminsə onun ən azına belə şükür etməkdən daha artıqdır. Artıq dilin söz çatdırmasında çarəsiz qalması məni Sənin tərifini davam etdirməkdən aciz etmiş, həmd-sənaya açılan dilim işdən düşmüş, son gücüm çarəsizliyə etiraf edim, sitayişinə rəğbətimdə səhlənkarlığa görə deyil – ey mənəm ki, dərgahına üz gətirmişəm, və Səndən mənə yaxşı bəxşiş verməyini umuram. Belə isə Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) salam yetir və dərdimi eşit, duamı qəbul et, gündüzümü yoxsuluq içrə gecəyə çatdırma, istədiyim şeydə rədd əlimi sinəmə vurma.Sənin hüzurundan gedib dərgahına qayıtmağımı əziz tut. Çünki, Sən istənilən şeydə çətinliyə düçar olmursan, hacətlər önündə acizlənmirsən və hər şeyə qadirsən! Ulu və əzəmətli Allahdan savayı kimsədə bir qüvvət və qüdrət yoxdur! Oxşar xəbərlər
|