Ağvalideyn olmağın 5 bəlalı təsiri
Muhəmməd ibni Sənan nəql edir: "Həzrət İmam Rza (ə) yazdığı məktubda mənə buyurmuşdu:
"Allah ağvalideyn olmağı və onlara itaətsizlik etməyi haram buyurmuşdur və onun sirri bir neçə şeydir: 1. Valideynə itaətsizlik edəndə, insan Allah Təalaya itaət tövfiqindən xaric olur. 2. Ağvalideyn olmaq səbəb olur ki, insan ata və anasına təzim etməsin. (Hörmət etməsin). 3. Valideynə itaətsizlik – insanı nemətə küfrdən çəkinməkdən saxlayar. 4. Ağvalideyn olmaq – nemətə şükrü məhv edər. 5. Ağvalideyn olmaq – nəslin qət olmasına səbəb olar. Bütün bunların səbəbi odur ki, övlad ata və anaya yaxşılıq etməyi tərk edər”. Allah Təala bütün insanları bu bəladan qorusun, inşəallah. /Deyerler.org/ Oxşar xəbərlər
|