Qiyamət gününün hesab-kitab dayanacaqları
Hər bir iş özü özündə hədəfsiz və məqsədsiz olmadığı kimi ümumi işləri özündə cəm edən aləm də hədəfsiz deyildir. Çünki aləm özü elə tam işlərdən ibarətdir. Yəni işlərdən təşkil edilmişdir.
Quran və hədislərdən əldə olunan nəticə budur ki, aləmin yaradılış hədəfi məhz Allahu Təbarəkə və Təaladır. Yəni vəzifəsi məhz rəbbin tanınmasıdır. Vəzifələndirilmiş hər bir kəs sonda öz vəzifəsi haqda hesabat verməlidir. Bu inkar olunmaz bir həqiqətdir. Kulli məxluqun hesabat günü də hər kəsin eşidib, bildiyi Qiyamət günüdür. O günün bir adı da " yaumul-hisab”dır, yəni hesab günü. İmam Sadiq (ə) buyurub: Qiyamət gününün on beş dayanacaq yeri vardır ki, onun hər biri sizin hesabınızla min ilə bərabərdir. (əl-Əmali, Mufid-274) Şeyx Mufid həmçinin yazır- "Qiyamət hesabı dinin əsas hökümlərindəndir. İnsanlar gərək qiyamət günündə öz əməllərinin hesabını versin, onlara verilən suallara cavab versin. Quran və hədislərdə hesabın məqsədi açıqlanmışdır. Bu, çətinlik və müşküllər müqabilində ilahi göstərişlərə riayət etməkdir. Bu üzdən o günü son aqibət adlandırıblar.” Şeyx Səduq " əl-Etiqadatul-İmamiyyə” (S-71) kitabında yazir: Məşhərdə yollarda olan maneə və dayanacaqlar barəsində olan əqidəmiz budur ki, qiyamətin dayanacaqlarının hər biri dinin vacib və zəruri göstərişlərinin adları ilə bağlıdır. İnsanın vəzifəsi bu dayanacaqları bir-bir keçib getməkdir. Bunu yaxşı işlər və ilahi rəhmətlə keçə bilər. İnsan hər dəfə yeni dayanacaqlara çatar ki, gərək onları da keçsin. O bu ardıcıllığla bütün dayanacaqları keçməlidir. Belə olama cəhənnəmə düşəcəkdir.” (Məsələn namaz, oruc, sədəqə, xums, zəkat və sair dayanacaqlar) Oxşar xəbərlər
|