İnsanın ölüm anındakı halı və gördükləri
İnsanın ölüm anında nələr baş verir və nələri müşahidə edir? Ölüm və ölüm anını yer əhli üçün inkar ölunmaz bir həqiqətdir. Adəm övladı daima bunu həm öz növündə, həm də başqa canlılarda müşahidə edir. Bu da ona ölümlə barışmağı, ondan qaçılmaz olduğunu diktə edir. Qurani-Kərim də ölümün qaçılmazlığını, bütün canlıların ölümü dadacaqlarını qəti şəkildə höküm edir. "Hər bir kəs (canlı) ölümü dadacaqdır (Alı İmran-185). İnsan ölüm anında bu dünya ilə axirət (bərzəx) aləmi arasında olur. El arasında bunu bəzən bir ayağı burda, bir ayağı ordadır kimi sözlərlə də ifadə edirlər. Ölüm anında olan kəs gah huşunu itirir, gah da özünə gəlir. Bu halı da onun dünya ilə axirət arasında çəkişməsi kimi dəyərləndirirlər. Şəxs elə şəxs olaraq qalır. Yəni şəxs dünyada da olsa, bərzəxə də köçsə yalnız forması dəyişir. Həqiqəti dəyişmir. Hər iki halda şəxs mən getdim, mən gəldim deyir. Qurani-Kərimin və hədislərin bizə tanıtdırdığı bərzəx aləmi qeyri maddidir. Orada zaman və məkan anlayışı burada bildiyimiz kimi deyildir. Dünya da olan maddi məhdudiyyətlər axirət aləmində yoxdur. Həzrəti Əlidən (ə) yetişən bir rəvayətdə insanın ölüm anı belə təsvir olunur: "İnsan dünyada axırıncı, axirətin birinci günü ( ölüm anında) birdən qarşısına bir sima çıxar. Şəxs simadan soruşar-Sən kimsən?. O cavab verər- Mən sənin ömrün boyu cəm etiyin əməllərinəm!" Həzrəti Əlinin (ə) kəlamına və digər mənbələrə əsasən insanın ölüm anında ilk qarşılaşdığı şey onun cəm etdikləridir. Yəni həyatı boyu gördüyü işləri və xidmət etdiyi arzu və amalıdır. İnsan ilk olaraq ya ibadətlərinin və yaxşı işlərinin gözəl siması ilə qarşılaşar, bundan da məmmun olaraq dünyadan köçər. Ya da bütün pislikləri və haramları qorxunc və pis simada onun qarşısına dikilər. Ölüm anını onun üçün dəhşətli və qorxunc edər. Ənbiya surəsi 97- ci ayədə buyurulur: Doğru vəd yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: 'Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!' – deyərlər. Oxşar xəbərlər
|