Ölüm nədir?
Ölümün lüğət mənası fəna, puç olmaqdır. Əslində isə ölüm mahiyyət etibarı ilə yoxluq deyil, keçiddir.
Bu keçid insanı dünya həyatından axirət həyatına aparır. Doğrudan da, ölüm insan üçün yeni bir həyatın başlanğıcıdır. Yeni doğulmuş körpə üçün dünyaya gəliş yeni bir həyatın başlanğıcı olduğu kimi, ölüm də axirət həyatı üçün yeni bir doğuşdur. Başqa sözlə, ölüm əbədi bir həyatın başlanğıcıdır. Qurani-kərimdə harada ölümdən söhbət düşürsə "təvəffa” sözündən istifadə olunur. Bu söz özü də mühüm nöqtələri bəyan edir: "Təvəffa” bir həqiqəti tamamilə əldə etmək imkanıdır. Borc sahibi bütün borclarını geri aldıqda ərəblər uyğun sözdən istifadə edirlər. Ölümə münasibətdə "təvəffa” sözünün işlədilməsi insanın özünü bütünlüklə tapması, axirət dünyasına qədəm qoyması mənasındadır. Bu məqamda insan heç nə itirmir. Onun mahiyyəti cismindən yox, daxili "mən”indən ibarətdir. Belə ki, ölüm vasitəsi ilə insan bütün şəxsiyyət və mənliyini əldə etmiş olur. İnsanın fiziki varlığı, cismi isə tədricən çürüyüb parçalanır. İlahi məmurların təhvil aldığı çürümüş bədən yox, ruhdur. Quran da insanın mənliyini təşkil edən şeyi nəfs və ruh kimi yad edir. Oxşar xəbərlər
|