Cəmkəran məscidini təmir edən qocanın xatirələri
Qum əhlindən olan bir qoca nəql edir: "Cəmkəran məscidini ağartmağa çox həvəsim var idi. Bu işi görmək istəyirdim. Ona görə də Həzrət Məsumənin (s.ə) hərəminə gəldim və ondan istədim ki, Allahdan mənim üçün bu tofiqi istəsin.
Mənə yuxuda deyildi: "Filan tacirə müraciət et”. Ona müraciət etdim və o da razılaşdı və mənə dörd fəhlə verdi. Mənə yuxuda deyilmişdi ki, bunun üçün lazım olan əhəng və başqa ləvazimatlar hazırlanacaqdır. Belə düşünürdüm ki, üç gün yarımlıq iş vardır. Hücrələrin birindən bir qoca kişi bizə yaxınlaşdı və dedi ki, mən sizə hər gün əhəng və gündəlik yeməyinizi verəcəyəm. Dedim: "Bəs biz səni haradan tapaq?”. Dedi: Bir cür edəcəyik. Həmin kişi hər gün məscidin yanındakı bağdan əhəngi gətirir və məscidin qabağına tökürdü. Bizim üçün həm səhər və həm də nahar yeməyini verirdi. İşimiz bitən zaman fəhlə yoldaşlarıma dedim ki, siz burada qalın, mən gedib o qoca ilə haqq-hesabımı edim. Lakin gördüm ki, orada heç kəs yaşamır. Məscidə gəlib həmin qocanın yerini soruşdum. Kişinin qiyafəsini təsvir etdim, ancaq heç kəs onu tanımadı və görmədiklərini söylədilər. Dedim: "İndi çarəsiz oldum”. Narahat halda yüksək səslə dedim: "Ey o kəs ki, bizi biçarə etmişdir, filankəsin haqqına and verirəm, gəl bizimlə hesablaş”. Bu zaman səs eşitdim. Ancaq heç kəsi görmədim. Dedi: "Hüseyn, məni tanımadın?”. Sanki bu, Xızr (ə) peyğəmbər idi. Biz məscidə gələn zaman bağın yanında bir hücrə var idi və həmin qoca orada qalırdı və mən həmin hücrəni tapa bilmədim. Sanki heç olmamış kimi. Düşündüm ki, bəlkə yuxu görürəm. Ancaq fəhlələr orada idi və məscid də ağarmışdı. Hətta sonrakı həftə də getdim ki, görüm bu xəyal deyilmi, gördüm ki, yox ağarmışdır. /Deyerler.org/ Oxşar xəbərlər
|