Qurani-Kərim onları qafil adlandırır
Qurani-Kərim buyurur: "Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş. Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə)qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və(Allahın müəyyənləşdirdiyi həddi)aşmaq olan kəsə itaət etmə!”. ("Kəhf” 28).
Bu ayənin nazil olması barəsində nəql edirlərki, Salmanın yundan bir geyimi vardı ki, ondan həm süfrə və həm də geyim kimi istifadə edirdi. Bir gün istinin şiddətinə görə Salman həmin geyimdə tərləyir. Əyinət ibni Həsin adlı bir nəfər Peyğəmbərin (s) yanına gəlir və Salman da Həzrətin (s) xidmətində idi. Həmin şəxs deyir: "Ya Rəsulallah! O zaman ki, biz sənin yanına gəlirik, bu kişini və onun kimiləri bayıra çıxart. Biz gedəndən sonra hər kimi istəsən qəbul et!”. Bu insanlar həyata ancaq maddi baxışlarla baxdıqları üçün, mənəvi və mələkut aləminin həqiqətləri onlardan gizlidir. Onlar hər bir şeyi maddi tərəzi ilə ölçürlər. Ona görə də Quranın bu mübarək ayəsi nazil olur və bu insanları qafil adlandırır. Onlar Allahı unutmuş və qəlbəri qəflətdə olan insanlardırlar. Ona görə də Quran ayəsi buyurur ki, bu insanlar haqq xəttindən xaric olublar və insan gərək eşq davamçılarından və İlahi bəndələrdən əl çəkməsin. Əksinə, onlarla yoldaş və həmsöhbət olsun. Bu insanların əli maddi vardan əskik olsa da, qəlbləri İlahi hidayət nuru ilə doludur. Onlara yaxın olmaq insana ancaq fayda gətirər. /Deyerler.org/ Oxşar xəbərlər
|