Gündəlik beş namazın hikməti Peyğəmbərin (s) kəlamında
Mьəllif: admin1
Tarix: 3-07-2021, 19:27
Gündəlik beş namazın hikməti Peyğəmbərin (s) kəlamında
Namaz dinin və etiqadın əsasını təşkil edir. Onsuz iman və islamı etiqad naqisdir. Çünki namazsız insanıyyət və mənəviyyat səfəri qeyri mümkündür.

Namaz insanı çıxdığı bəndəçilik yolunda həm qoruyan qalxan, həm də mənzil başına çatdıran əvəz olunmaz bir "minikdir". Qurani Kərim buyurur:

Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər.

Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir! ( Ənkəbut-45)

Həzrət Peyğəmbər (s) beş vaxt namazın özünün və vaxtlarının hikməti barəsində buyur:

Sübh çağı Şeytanın fəaliyyətə başlama vaxtıdır, hər kim bu vaxtı özünü rəbbinə təslim edərsə gün ərzində amanda olar.

Zöhür vaxtı bütün aləm Mütəal Allahı zikr edir. Pisdir ki mənim ümmətim bunu etməyə.

Əsr çağı Adəmin və Həvvanın xəta edən vaxtıdır. Biz bu vaxtı namaz qilmaqla deyirik ki, biz namaz qilmaqla ilahi göstərişə əməl edirik.

Məğrib Adəmin tövbəsinin qəbul olan vaxtıdır. Bizdə şükranlıq olaraq namaz qılırıq.

Mütəal Allah işa namazını ümmətimin qəbirdə xoşluğu və rahatçılığı üçün qərar vermişdir. ( İləluş-şərae. Şeyx Səduq. 337)

Həzrəti Peyğəmbər (s) bizim anlayacağımız şəkildə bizə catdırmağa çalışır ki, hər namazın özünə məxsus vaxtının olması ilahi hikmət və məsləhət üzrədir.


(Y.Nuriyev)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031