Yetmiş dərdi bu zikrlə aradan qaldırın!
Mьəllif: admin1
Tarix: 3-07-2021, 19:22
Yetmiş dərdi bu zikrlə aradan qaldırın!
Qurani-Kərim ayələri və müqəddəs kəslərin kəlimələri həm məna baxımından, həm də təsir baxımından ən üstün kəlmələrdir. Bu kəlimələrin özünə məxsus aurası və bərəkəti vardır.

Zikr niyyəti ilə deyilən ayələrdən həm də dua və hacət istəmək üçündə istifadə olunur. Həmçinin bizə yetişən hədislərdə bu cür zikrlərdən müşküllərin həllində, düşmənin dəf edilməsində, xəstəlik və fəqirlikdən xilas olmaqda bəhrələnmək bizə tövsiyyə edilib.

Çünki xatırlatmaq mənasında olan zikr kəliməsində rəbbin əzəmət və qudrətini xatırlamaqla yanaşı rəhmət və ümüd vardır. İnsan zikr etdikdə rəbbini təsdiq edir, həmdə ona möhtaclığını iqrar edir.

Dərin mənası, böyük bərəkəti olan zikirlədən biri də "La həulə və la qüvvətə illa billahil-Əliyyil-Əzim" zikridir. Bu zikrin mənası haqda İmam Baqir (ə) buyurur:

"Allahın yardımı olmasa biz günahları tərk edə bilmərik, Allahın yardımı, inayəti olmasa bizim itaət qudrətimiz olmaz.” (Biharul-ənvar. C-90. S-187)

Peyğəmbərdən nəql olunan bir hədisdə bu zikir barəsində buyurulur:” ( Bu zikri söyləyərək) Günahdan çəkinmək üçün Allahın bizə verdiyi (gücdən) başqa həul (güc) yoxdur”. Yəni nəfsimizin və şeytanın bizi günaha çəkdiyi vaxt ilahi rəhmət olmasa bizim buna gücümüz çatmaz.

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur: Bu zikirdə yetmiş dərdin dərmanı vardırki onun ən yüngülü nəfəs çatışmamazlığıdır. (Səvabul-əmal. S-349)

Əli (ə) buyurur: Ey Kumeyl hər cətinlikdə olanda bu zikri de! Allah kifayət edər. (Tuhfətul-uqul. S-182)

Hədislərdə bu zikrin bərəkət və faydasından çox deyilib. Həmçinin ölümün təxirə salmasını, behşit xəzinəsi olmasını, qəm-qussəni aparmasını, bəlaları dəf etməsi, xəstəliklərin dərmanı, şeytandan qoruyur, dünya və axirət hayatımızda müsbət təsir qoyur, hacətlərin qəbul olmasına səbəb olur.

İmam Sadiq (ə) buyurur: "Hər kim dua edə və axırda bu zikri deyə duası yerinə yetər". (Səvabul-əmal. S-23)


(Y.Nuriyev)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031