Allah təkəbbür və qəzəbi necə aşkar etdi?
İmam Sadiq (ə) nəql edir: "Səhrada yaşayan bir kişi Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ey Allahın Rəsulu! Mən sərhada yaşayıram və səfərə gedirəm. Mənə bir şey öyrət (ki, dünya və axirət səadətimi təmin etsin)”.
Həzrət (s) buyurur: "Qəzəblənmə”. Ərəb bu sözü sadə qəbul edir və Həzrətin (s) yanına qayıdıb, sualını təkrar edir. Peyğəmbər (s) də ona eyni cavabı verir. Kişi özünə gəlir və deyir: "Artıq bir şey soruşmayacağam. Həqiqətən məni nəsihət etdi və məni xəbərdar etdi ki, qəzəblənən zaman töhmət vurmayım və kimisə qətl etməyim””. İmam Sadiq (ə) buyurur: "Qəzəb – hər bir şərin açarıdır. İblis mələklərlə birlikdə idi, (onlarla birlikdə Allaha ibadət edirdi). Onlar da güman edirdilər ki, o da onların cinsindəndir. Ancaq Allah bilirdi ki, onlardan deyildir. Çünki Sübhan Allah mələklərə Adəmə (ə) səcdə etmək üçün əmr vermişdi, İblis boyun qaçırdır və qəzəb edir. Ona görə də Allah da o məlunun varlığında olanları, təkəbbür və qəzəb şəklində xaric və aşkar edir”. Allah Təala bizləri qəzəb və təkəbbürdən uzaq olanlardan qərar versin, inşəallah. /Deyerler.org/ Oxşar xəbərlər
|