Böyük alim cavan və təqvalı oğlu üçün niyə ölümü istədi?
Mirzə Qumi İslam maarifinin iftixarlarından olmuşdur. O da başqa din alimləri kimi zalımlardan, xüsusilə də saray əhlindən uzaq olurdu.
O dövrün padşahı olan Qacar, alimlərlə görüşmək üçün Məsumeyi-Quma gəlir. Lakin alim saraya gedib padşahla görüşməkdən imtina edir. Çünki bu əməli axirəti və dini üçün təhlükəli hesab edir. Şah özü onunla görüşür. Məclislərin birində Fətəli şah ona təklif edir ki, qızını öz oğluna alsın və aralarında qohumluq bağı qurulsun. Alim bu təklifdən çox narahat olur və onu qəbul etməkdən çəkinir. Ancaq Mirzə yaxşı bilirdi ki, şah bu təklifində çox təkid edəcəkdir və onu məcbur edəcəkdir. Etiraz etsə, dinə qarşı hücumlar edəcəkdir. Odur ki, çarəsiz qəbul edir. Lakin əlini göyə qaldırıb, Allaha belə dua edir: "Allahım! Əgər şahzadənin mənim oğlumun həyat yoldaşı olması təqdir olunubdursa, cavanıma ölümü çatdır”. Mirzənin ancaq bir oğlu vardı və başqa övladı yox idi.Çox gözəl və təqvalı bir Allah bəndəsi idi. Ancaq bununla belə, bu evliliyə razı deyildi və ona görə də belə bir dua edir. Allahdan istəyir ki, oğlunu yanına aparsın və bu evlilik baş verməsin. Hal dili ilə deyir: "Allahım! Bu yeganə oğlumun ölümü mənim üçün belə, bir evlilikdən daha sevimlidir”. Bir müddət keçmir ki, Mirzənin oğlu suda boğulub ölür. Alimin Allah yanında o qədər dərəcəsi böyük idi ki, belə bir da duası qəbul olur. Nəticədə, nə zalım şahın şəri yer alır, nə də oğlunun aqibəti məhv olur. Böyük alimin oğlu mələkut aləminə köç edir və zalımla qohum olmaqdan, onun şər işlərində şərik olmaqdan amanda qalır. /Deyerler.org/ Oxşar xəbərlər
|