Ticarətin ədəbi və qaydaları
Mьəllif: admin1
Tarix: 5-06-2022, 22:14
Ticarətin ədəbi və qaydaları
İslam dini, kamil bir din olaraq insanları kamala doğru hidayət edir və onlara doğru yolu göstərir.

Dinimizin nəzərinə görə, hər bir sahənin ədəb və qaydaları olduğu kimi, ticarətin də ədəb və qaydaları vardır ki, onlara riayət olunmalıdır.

1. Ticarətin fiqhindən agah olmaq. Tacir üçün ilk addım – ticarətin fiqhini gözəl şəkildə öyrənmək olmalıdır. İmam Əli (ə) buyurur: "Ey, tacirlər cəmiyyəti! Ticarətin əhkamını öyrənin, sonra ticarətdə iştirak edin”. Nəql edirlər ki, Həzrət (ə) bu cümləni üç dəfə təkrar edir.

2. Alış və satışda Allahdan qorxmaq. Ticarət – o peşələrdəndir ki, insanın onda büdrəməsi imkanı daha çoxdur. Ona görə də tacir gərək hər an Allahı yada salsın və Ondan yardım istəsin. "Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar”. ("Nur” 37).

3. Ticarətdə asanlıq etmək. Tacir gərək etdiyi ticarətdə insanları incitməsin. Həzrət Peyğəmbər (s) buyurur: "Allah rəhmət etsin o bəndəyə ki, satış və alışda, borcu qaytarmaqda və onu verməkdə asanlıq edər”.

4. Alıcının peşmançılığını qəbul etmək. Bəzən elə olur ki, müştəri aldığı maldan peşman olur və malı qaytarmaq istəyir. Məsumlarımız (ə) tövsiyə edirlər ki, belə olan zaman malı geri alın.

5. Əxlaqi sifətlərə diqqət etmək. Həzrət Peyğəmbər (s) o tacirləri ən pakizə hesab edirdi ki, ticarət edən zaman yalan danışmırdılar, əmanətə xəyanət etmirdilər, yalan vədələr vermirdilər, alan zaman malı pisləmir və satan zaman tərifləmirdilər.

6. Sədəqə vermək. Həzrət Peyğəmbər (s) tacirlərə xitab edərək, buyurur: "Ey, tacirlər dəstəsi! Ticarət zamanı şeytan və günah hazırdır. Ona görə də satışınızı sədəqə ilə qarışdırın”. (Yəni, sədəqə verin ki, şeytanın (lən) şərindən amanda olasınız).

7. And içməmək. İmam Sadiq (ə) buyurur: "Allah Təala o kəsə ki, and içmək yolu ilə malını satar – nifrət edir”.

8. Çəkidə aldatmamaq. "Vay halına əskik satanların! O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar, Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər”. ("Mutəffifin” 1-3).

9. Sələmdən uzaq olmaq. Sələm, bir təbəqənin başqa bir təbəqə vasitəsilə istismar olmasına səbəb olar. Ona görə də dinimiz onu qadağan etmiş və bu əməli günah adlandırmışdır. Tacirlərə də ondan istifadə etməyi qadağan etmişdir.

10. Allah yolunda infaq etmək. "Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb, onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ”. ("Tövbə” 34).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930