Vəfasızlıq - münafiqliyin nişanəsidir
Mьəllif: admin1
Tarix: 21-02-2022, 10:35
Vəfasızlıq - münafiqliyin nişanəsidir
Verdiyiniz sözə əməl etmək Allah Təalanın nəzərində o qədər əhəmiyyətli bir mövzudur ki, Allah buyurur ki, əgər qarşı tərəf hətta kafir olsa belə, ona əməl etmək lazımdır. Söz verdiyin əgər uşaqdırsa da, ona əməl etmək lazımdır.

Əhli-beytdən (ə) gələn hədislərdə oxuyuruq ki, verdiyin sözə əməl etmək nə qədər mühüm məsələdir.

1. Əhdə vəfa etməyi hamı bəyənir.

İmam Əli (ə) buyurur: "Heç bir İlahi vacibat əhdə vəfa etmək kimi deyildir ki, müxtəlif istəklərə malik olan və müxtəlif baxışları olan insanların bir çoxu bu mövzuda eyni fikirdədirlər.

Əhdə vəfa etmək xüsusi dinə və mərama aid deyildir. Bu xüsusiyyət o qədər bədihi və fitridir ki, hər bir dindar və dinsiz insan onun gözəlliyini və layiqli olmasını etiraf edir”.

2. Əhdə vəfa etmək ən şərəfli işdir.

İmam Əli (ə) buyurur: "Əxlaqın ən şərəfli xüsusiyyəti - vəfadarlıqdır”.

3. Əhdə vəfa dindarlığın nişanəsidir.

İmam Musa Kazım (ə) buyurur: "O kəs ki, əhdə vəfa etməz, onun dini yoxdur”.

4. Vədə - borcun bir növüdür.

Əhli-beytin (ə) nəzərinə görə insan o zaman ki, söz verir, sanki borclu olur və onu geri qaytarmaq ona vacib olur. Həzrət Peyğəmbər (s) buyurur: "Vədə vermək - din kimidir. Vay o kəsə ki, vədə verər və boyun qaçırdar”.

5. Vədə vermək - qul olmaq kimidir.
İmam Əli (ə) buyurur: "O kəs ki, ondan bir şey istənilənə qədər azaddır, nə zaman vədə versə, qul kimi olar, o zamana qədər ki, vədinə əməl edər və azad olar”.

6. Vədədən boyun qaçırtmaq, Allaha boyun qaçırtmaqdır.

İmam Sadiq (ə) buyurur: "Möminə vədə vermək nəzir kimidir. Heç bir kəffarə onu yerini almaz. Ona görə də hər kim möminin vədinə boyun qaçırdar, əvvəl Allaha boyun qaçırtmış olar. Özünü Onun qəzəbinə məruz edər”.

7. Vədə əməl etmək - din qardaşının haqqıdır.

İmam Sadiq (ə) buyurur: "Mömin - möminin qardaşı, onun gözü və yol göstərəni kimidir. Ona xəyanət etməz, zülm rəva bilməz, onu aldatmaz, ona boyun qaçırdacağı vədələr verməz”.

8. Əhdə vəfa - sədaqətin təcəllisidir.

Sədaqətin bariz nümunələrindən biri də əhdə vəfa etməkdir İmam Əli (ə) buyurur: "Sədaqətin ən yaxşı cilvəsi - əhdə vəfa etməkdir”.

9. Əhdə vəfa etməyin nəfs kəraməti ilə rabitəsi vardır.

İmam Əli (ə) buyurur: "Vədə əməl etmək - insanın böyüklüyünün nişanəsidir”.

10. Vədədən boyun qaçırtmaq - bir növ xəstəlikdir.

İmam Əli (ə) buyurur: "İnsanın başqasına verdiyi vədədən boyun qaçırtması bir növ xəstəlikdir ki, insanın can və şəxsiyyətinə düşər. Müalicəsi isə həmin vədəyə əməl etməklə mümkündür”.

O kəslər ki, vədə əməl etməzlər, bu xəstəlik onların canında qalar və nəticədə artaraq onu həlak edər.

11. Vədə xilaf çıxmaq - münafiqliyin nişanəsidir.

Həzrət Peyğəmbər (s) buyurur: "Üç sifət vardır ki, hər kimdə olsa, münafiqdir: əmanətə xəyanət edər, yalan danışar, əhdə vəfa etməz”.

12. Vədə əməl etməmək - günahdır.

Əhli-beyt (ə) bizə buyurur ki, verilən sözə əməl etməmək - günahdır və buna görə tövbə etmək lazımdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930