Allaha yaxınlaşmaq üçün, bu 2 yolun hər ikisindən keçilməlidir
Qurani-Kərim buyurur: "Şübhəsiz, bu (deyilənlər) bir öyüd-nəsihətdir, belə isə, kim istəsə (bu öyüd-nəsihəti qəbul edib, ona əməl etməklə) öz Rəbbinə tərəf bir yol tutar” ("İnsan” 29).
Bu Quran – insanlara nəsihət və öyüd verən bir kitabdır və hər kəsə Allaha yaxınlaşmaq üçün yolu açar. Yəni, hər kəs özünü Allaha nə qədər yaxınlaşdırmaq istəyirsə, gərək Quranı çoxlu oxusun. Nəinki Quranı, o cümlədən, onun tərcüməsini də. Quranın başqa ayələrində buyurulur: "Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının)müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm». Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq (onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir”. ("Şura” 23). "De: «Mən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində – sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq istəməsi istisna olmaqla, bir muzd istəmirəm. (Peyğəmbərin dəvətindən sonra ümmətin ixtiyari şəkildə Allaha tərəf getməsi peyğəmbərliyin muzdudur)» ("Furqan” 57). Bu əcr o kəslərə aiddir ki, Allaha tərəf olan yolu açmaq istəyirlər. Yəni, Allaha yaxınlaşmağın ikinci yolu vilayətdən keçir. Hər kim Allaha yaxınlaşmaq istəyirsə, gərək bu iki yoldan keçsin. Biri Quran yoludur və o birisi isə vilayət. Ancaq bu iki yol Allaha tərəf gedər, qalan yollar faydasızdır. /Deyerler.org/ Oxşar xəbərlər
|